Page 52 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 52
Ïàòðèê Ìîäèàíî

Müasir İncәsәnәt Muzeyinә çatmamış, biz kiçik bir küçәyә
döndük.

– Mәn burda yaşayıram, – dedi.
Liftdә işıq yanmırdı, pillәkәndә isә işıq o dәqiqә söndü vә biz
zülmәt qaranlıqda yuxarı qalxdıqca musiqi, gülüş sәslәri eşidirdik.
Lift dayandı vә mәn hiss etdim ki, Blant qapının dәstәyini
tapmağa çalışır. Nәhayәt ki, aça bildi. Liftdәn çıxanda onu itәlә-
dim – çöldә elә qaranlıq vardı ki, adam burnunun ucunu belә
görmürdü. Gülüş sәslәri, musiqi bu mәrtәbәdәki mәnzillәrin han-
sındansa gәlirdi.
Blant açarı burdu.
Arxamızca qapını örtdü vә biz tavandan sallanan lüt lampanın
tutqun işıqlandırdığı dәhlizә girdik. Blant çaşqın halda durdu.
Fikirlәşdim ki, bәlkә getmәk vaxtıdır. Musiqi lap qulaq batırırdı.
Otağın qapısı ağzında ağ hamam xalatında kürәn saçlı, cavan bir
qadın göründü. O, tәәccüblә bizi süzdü. Xalatın sәliqәsiz çәkilmiş
yaxasından döşü görünürdü.
– Mәnim xanımımdır, – deyә Blant dillәndi.
Qadın başını yüngülcә tәrpәdib, xalatının yaxasını bәrk-bәrk
çәkdi:
– Mәn bilmirdim ki, belә tez qayıdarsan, – dedi.
Biz belәcә, qımıldanmadan durmuşduq, sifәtlәrimizdә tutqun
işığa görә bir ölü solğunluğu vardı. Mәn Branta sarı çöndüm.
– Mәni xәbәrdar edә bilәrdin, – qadına dedi.
– Mәn bilmirdim...
Qadın yalanının üstü açılmış uşaq kimi, başını aşağı saldı.
Qulaqbatırıcı musiqi susub, öz yerini saksafonda çalınan bir
melodiyaya verdi – elә şәffaf vә tәmiz bir melodiya idi ki, elә bil
havada әriyirdi.
– Çoxsunuz? – Blant soruşdu.
– Yox, yox... bir neçә dostumdur...
   47   48   49   50   51   52   53   54   55   56   57