Page 48 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 48
Ïàòðèê Ìîäèàíî

– Mәn heç bilmirdim ki, Geyin qohumları da var, – dedi.
– Bәs necә... Corcadze tәrәfdәn...
– Bağışlayın, kim?
– Corcadze ailәsi... Babasının familiyasıdır bu – Corcadze...
– Hә, aydındır...
Ayaq saxlayıb dayandı, körpünün daş sürahisinә dirsәklәndi.
Mәn onun kimi edә bilmәzdim – başım o dәqiqә hәrlәnәrdi.
Onun qarşısında durmuşdum. O dәqiqә danışmağa başlamadı.
– Siz bilirsiz ki... mәn onun әri olmuşam?
– Bilirәm.
– Hardan bilirsiniz?
– Bu barәdә köhnә sәnәdlәrdә yazılıb.
– Biz Nyu-Yorkun bir gecә klubunda birgә çıxış edirdik...
Mәn royal çalırdım... Mәndәn xahiş etdi ki, onunla evlәnim,
sadәcә olaraq, Amerikada qalmaq fikrindәydi vә istәmirdi ki,
immiqrasiya xidmәtinә müraciәt etsin... – Bunu xatırlayanda ba-
şını buladı. – Maraqlı qız idi. Sonra Laki Luçanonun mәşuqәsi
oldu... (Laki Luçano (ingiliscә Bәxtәvәr Luçano demәkdir) ad-
landırılan Salvatore Luçano (1897-1962) – Amerika mafiyasının
narkotik alveriylә mәşğul olan liderlәrindәn biri). Onunla Palm-
Aylend kazinosunda çıxış etmәyә başlayanda tanış olmuşdu...
– Luçano?
– Hә, hә, Luçano... Onu Arkanzasda hәbs edәndә, yanındaydı...
Sonra bir fransızla tanış oldu, öyrәndim ki, birlikdә Fransaya
getdilәr...
Onun üzü işıqlanmışdı. Gülümsünürdü.
– Mәn şadam ki, müsyö, Gey haqda danışmaq imkanı әldә
etmişәm...
Bizim altımızdan, Senanın sağ sahilinә metro qatarı keçdi.
Sonra da ikincisi, әks-istiqamәtә yol aldı. Onların gurultusu
Blantın sәsini batırırdı. O, mәnә nәsә deyirdi – dodaqlarının
hәrәkәtindәn görürdüm.
   43   44   45   46   47   48   49   50   51   52   53