Page 51 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 51
Qaranlûq dökanlar kö÷ÿsi 51

– Maraqlıdır, amma mәn Geyin Amerikada tanış olduğu hәmin
o fransızın adını xatırladım...

– Nәydi onun adı? – deyә soruşanda sәsim titrәdi.
– Hovard... bu onun familidir... adı deyil... Hovard de... nәsә...
Mәn ayaq saxladım:
– Hovard de?..
– De... de... Lüts... L... Ü... T... S... Hovard de Lüts... bu familiya
mәni heyrәtlәndirmişdi... yarıingilis, yarıfransız... bәlkә dә ispan...
– Bәs adı?
– Adı?
Əllәrini yana açdı.
– Bilmirsiniz görkәmi necәydi?
– Yox.
Gey Orlovanın qoca Corcadze, bir dә özüm olduğumu
düşündüyüm adamla şәklini göstәrәcәm ona.
– Hәmin o Hovard de Lüts nәylә mәşğul idi?
– Gey deyirdi ki, o әsilzadә ailәsindәndir... Elә bir işi yox idi.
– Blant istehzayla gülümsündü. – Amma, yox... yox... dayanın...
Yadıma salıram... O uzun müddәt Hollivudda yaşamışdı... Gey
deyirdi ki, o aktyor Con Gilbertin nümayәndәsi idi...
– Con Gilbertin nümayәndәsi?
– Hә, ömrünün son illәrindә.
Nyu-York avenyusuyla maşınlar elә bәrk vә sәssiz şütüyürdü
ki, baş verәnlәrin hәqiqәt olmadığı barәdә içimdәki hiss daha da
güclәnirdi. Onlar boğuq bir xışıltıyla ötür, sanki suyun üzüylә
sürüşürdülәr. Biz artıq Alma körpüsünün yanındaydıq. Hovard de
Lüts. Ümid var ki, bu mәnim adım ola. Hә, bu sәslәr mәnim
içimdә nәlәrisә oyadır, amma bu nәsnәlәr dә nәdәnsә әks olunan
ay işığı qәdәr zәif bir şey idi. Əgәr Hovard de Lüts hәqiqәtәn
mәnәmsә, orijinallığımı danmaq olmaz: bir-birindәn gözәl o qәdәr
peşәdәn mәn “Con Gilbertin nümayәndәsi” peşәsini seçmişdim.
   46   47   48   49   50   51   52   53   54   55   56