Page 46 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 46
Ïàòðèê Ìîäèàíî

hәmin bu kreslosunda kim bilir nә vaxtdan bәri oturmuşdusa, bu
yazıq Blant nә fikirlәşirdi indi? Heç nә barәdә düşünmürdü, mәn
buna әminәm. O, indi elә uzaqdaydı ki, az qala, lap әlçatmaz sa-
yılardı. Onu xәyallarından ayırmağa, içindә uyuyan ağrılı xatirәlәri
oyatmağa ixtiyarım vardımı mәnim?

Qırmızısifәt gonbul vә sarışın qadın bardan çıxdılar – çox
güman ki, nömrәdә tәk qalmaq üçün. Şişman kişi qadının әlindәn
darta-darta aparır, o da düz yerimәyә çalışırdı. Yaponla mәn tәk
qaldıq. Blant yenә üzünü çevirdi vә buz kimi soyuq sәsiylә dedi:

– Sizin arzunuzla nәsә çalmağımı istәmirsiniz?
Yapon qımıldanmadı.
– Müsyö, әgәr mümkünsә, “Sevgimizdәn nә qalacaq”, – dedim.
O, bu melodiyanı dәhşәtli dәrәcәdә aşağı tempdә çalırdı vә
bundan özü dә yumşalıb sanki saqqıza dönür, sәslәrin zorla
qopub çıxdığı hәmin o bataqlıqda ilişib qalırdı. Musiqi hәrdәn
gücdәn düşmüş, yorğunluqdan ayaqları dolaşan yolçu kimi
büdrәyirdi. O saatına baxdı, cәld bir hәrәkәtlә qalxdı vә bizә
tәzim edәrәk dedi:
– Müsyö, artıq saat doqquzdur. Sizә әn xoş arzular...
O çıxdı. Mәn mumiyalanmış yaponu sәrdabә-barda buraxıb,
onun dalınca getdim.
Blant bomboş holldan ötüb dәhlizә keçdi. Mәn özümü ona
yetirdim.
– Müsyö Uoldo Blant?.. Sizinlә danışmaq istәrdim.
– Nә barәdә?
O, tәqib altında olan adam kimi baxdı.
– Sizin bir zamanlar tanıdığınız bir şәxs haqda... Bir qadın...
onun adı Gey idi. Gey Orlova. O, hollun ortasında donub qaldı:
– Gey...
Gözlәrini elә qıydı, sanki üzünә qәflәtәn projektor işığı
düşmüşdü:
   41   42   43   44   45   46   47   48   49   50   51