Page 41 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 41
Qaranlûq dökanlar kö÷ÿsi 41

Yemәyimizi dinmәz yeyirdik. Pәncәrәnin qabağından barja
keçirdi, elә yaxın idi ki, pәncәrәlәrinin önündә, masa dalında
oturan adamları da gördüm – onlar da şam edirdi.

– Bәs o... Gey Orlova, – dedim. – Bilmirsiniz onun axırı necә
oldu?

– Gey Orlova? Mәncә, dünyasını dәyişib artıq.
– Ölüb?
– Mәncә, hә. Onu iki-üç dәfә görmüşәm... bizi әslindә, heç
tanış saymamaq da olar... Qoca Corcadzeylә anam dostluq edirdi.
Yenә xiyar verim?
– Sağ olun.
– Mәn eşitmişәm ki, onun Amerikada çox coşqun hәyatı olub...
– Bilmirsiniz, onun barәsindә, Gey Orlova barәsindә kim
geniş danışa bilәrdi mәnә?
Styopa mәnә canıyananlıqla baxdı.
– Mәnim zavallı dostum... tәәssüf... heç kim... Bәlkә Amerikada
kimsә...
Yanımızdan daha bir barja keçdi – tündrәngli, sanki ağzıüstә
çevrilmiş barjaydı, lap ölә-ölә gedirdi.
– Şәxsәn mәn desertә hәmişә banan götürürәm, – dedi. – Bәs
siz?
– Mәn dә.
Biz adama bir banan yedik.
– Bәs... Gey Orlovanın valideynlәri, – deyә soruşdum.
– Onlar da yәqin Amerikada öldülәr. Axı insanlar hәr yerdә
ölür...
– Bәs Fransada Corcadzenin qohumları qalmayıb ki?
Çiyinlәrini çәkdi.
– Siz niyә Gey Orlova ilә bu qәdәr maraqlanırsınız? Nәyinizdir?
Bacınızdır? – deyә, sәmimi bir tәbәssümlә soruşdu. – Qәhvә
içәcәksiniz?
   36   37   38   39   40   41   42   43   44   45   46