Page 36 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 36
Ïàòðèê Ìîäèàíî
– Demәli, mühacirәtlә maraqlanırsınız?
– Hә, çox maraqlanıram.
– Amma hәlә cavansınız axı...
Cavan? Mәnim heç vaxt ağlıma gәlmәyib cavan olduğum.
Divarda, düz mәnim başımın üstündә qızıl suyuna salınmış
çәrçivәdә iri güzgü asılmışdı. Özümә baxdım. Cavanam?
– Nә bilim... o qәdәr dә cavan deyilәm axı...
Biz susduq. Tiryәk çәkәnlәr kimi, otağın ayrı-ayrı künclәrindә
uzanmışdıq.
– Mәn indi yas mәrasimindәydim, – dedi. – Tәәssüf ki, siz
mәrhumu tanımırdınız... O, qoca qadın sizә çox şey danışa
bilәrdi... O, mühacirәtin әn maraqlı nümayәndәlәrindәn idi...
– Doğrudan?
– Çox dәyanәtli qadın idi. Əvvәlcә Moi-Tabor küçәsindә
balaca çayxana açmışdı, hamıya kömәk edirdi... Bu asan iş deyil...
Çarpayısında oturdu – belini әydi, әllәrini sinәsindә çarpazladı.
– Mәnim onda on beş yaşım vardı... Əgәr indi saysaq, bizim-
kilәrdәn lap az qalıb...
– Jorj Saşer... qalır? – deyә, bәxtәbәxt soruşdum.
– Onunku da çox qalmayıb... Siz tanışsınız onunla?
Görәsәn, kimi deyir? “Gips” qocanı? Ya monqolgözlü kök
keçәli?
– Bilirsiz nә var, – dedi. – Mәnim bu barәdә danışmağa heç
gücüm qalmayıb. Əhvalım yaman korlanır... Mәn sizә sadәcә,
fotoşәkillәri göstәrim... Arxalarında adlar, tarixlәr yazılıb... Özünüz
baş çıxararsınız....
– Vallah sizә әziyyәt verdiyimә görә yaman utanıram, siz çox
lütfkarsınız...
O gülümsündü:
– Mәndә bir qalaq foto var... Hәr birinin dә üstündә adlar vә
tarixlәr qeyd olunub, axı hәyatda hәr şey unudulur...