Page 34 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 34
Ïàòðèê Ìîäèàíî
danışmağa... Bircә ümidim buna idi ki, mәni o dәqiqә tanıya,
onda bәlkә dә özü danışacaq, mәnә isә yalnız dinlәmәk qalacaqdı.
O, dükandan әlindә kağız paketlә çıxdı.
– Müsyö Styopa de Caqoryev?
Onun üzündә dәrin tәәccüb ifadә olundu. Biz eyni boydaymışıq,
lap üzbәüz durmuşduq vә buna görә mәn indi bir az da çox
sıxılırdım.
– Özüdür ki, var. Kiminlә danışıram?
Yox, mәni tanıya bilmәdi. Fransız dilindә isә lәhcәsiz danışırdı.
Danışmaq üçün gәrәk bütün kişiliyimi toplayım.
– Mәn... mәn çoxdan sizinlә görüşmәk istәyirdim...
– Xeyir ola, müsyö?
– Bilirsiz... mәn... mühacirlәr barәdә kitab yazıram... Mәn...
– Siz russunuz?
Eyni sualı bu gün artıq ikinci dәfә verirdilәr mәnә. Taksi
sürücüsü dә soruşmuşdu bunu. Kim bilir, bәlkә mәn dә nә vaxtsa
rus olmuşam...
– Yox.
– Bununla belә, mühacirlәrlә maraqlanırsınız?
– Kitab yazıram... Mühacirlәrdәn. Bilirsiz... bir nәfәr var...
mәnә mәslәhәt gördü ki, sizinlә görüşüm... Pol Zonahidze...
– Zonahidze?
O, bu familiyanı ruslarsayaq – çox yumşaq söylәdi, sanki
külәkdә yarpaqlar xışıldadı.
– Gürcü familidir... Nә bilim...
Qaşlarını çatdı, xatırlamağa çalışırdı.
– Zonahidze... yox...
– Mәn sizi narahat etdiyimә görә çox sıxılıram, müsyö, amma
icazәnizlә sizә bir neçә sual verim.
– Buyurun, böyük mәmnuniyyәtlә...
O gülümsündü, amma bu gülüşdә qәribә bir qüssә vardı.