Page 30 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 30
Ïàòðèê Ìîäèàíî
mәlumat kitablarında da yox idi. Vitrajların arxasında bayaqkı
kimi şamlar yanırdı. Görәsәn, mәn bu gün ruhuna rәhmәt oxunan
bu qoca qadını da tanıyırdımmı? Əgәr nә vaxtsa Styopanın ya-
nında olmuşamsa, yәqin, mәni özünün dostlarıyla, bәlkә dә elә
Mari de Rezanın özüylә tanış edib. Bu qadın heç onda da, yәqin,
cavan deyilmiş.
Kilsәnin dәfn mәrasimi keçirilәn yan qanadının qapısından, –
onlar da elә bu qapıdan içәri keçmişdilәr – indi gözlәrimi
çәkmәdiyim qapıdan muşketyorlarınkına bәnzәyәn şlyapa qoymuş
sarısaç qadın göründü. Dalınca da qara yaylıqlı, qarabuğdayı
qadın. Sonra isә boz, cızıq-cızıq kostyumlu ata-oğul – onlar
monqol gözünә bәnzәr qıyıq gözlәri olan şişman keçәlә nәsә
deyәn “gips” qocanın qollarına girmişdilәr. Monqolsifәt әyilib,
qulağını hәmsöhbәtinin lap dodaqlarına dirәmişdi: “gips” qocanın
sәsi yәqin zәif bir nәfәs qәdәr eşidilmәz idi. Qalanları arxada
gәlirdi. Ürәyim çırpınır, özüm isә Styopanın görünәcәyi anı
gözlәyirdim.
Nәhayәt ki, çıxdı – sonunculardan biriydi. Adam çox imiş,
qırx nәfәrdәn az olmazdı, amma mәn tünd-göy paltosuna görә,
Styopanı gözdәn qaçırmırdım. Burdakıların әksәriyyәti yaşlı
adamlar idi, amma bir neçә cavan qadın, hәtta iki uşaq da
gördüm. Dağılışmır, elә xiyabanda durub, söhbәt edirdilәr.
Bu mәnzәrә әyalәt mәktәbindә tәnәffüs vaxtını xatırladırdı.
Gips kimi bәyaz sifәti olan qocanı skamyaya әylәşdirdilәr vә
hamı bir-bir salamlaşmaq üçün hörmәtlә ona yaxınlaşmağa
başladı. Görәsәn, o kimdir? Dәfn mәrasimi barәdә elanı imzalamış
“Jorj Saşer” idimi? Bәlkә bir zamanlar Paj korpusunun şagirdi
olmuşdu? Bәlkә o vә bu gün dәfn olunan bu xanım – Mari-de-
Rezan hәlә Peterburqda olarkәn ötәri bir mәhәbbәt macәrası
yaşamışdılar, ya da bәlkә dünyası hәlә tar-mar olmamışdan,
mәsәlәn, Qara dәniz sahillәrindә görüşmüşdülәr. Qıyıqgöz, şişman,