Page 26 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 26
Ïàòðèê Ìîäèàíî

– “Kastiliya” hotelinin bir müştәrisi – daim gecә yarısından
sonra qayıdırdı... Orda işlәdiyimiz zamanlardan danışıram...

Zonahidze dә öz növbәsindә mәnә nәzәr saldı.
– Nәdir ki, – dedi, – bәlkә bir zamanlar siz dә “Kastiliya”da
qalmısınız...
Mәn çaşqın-çaşqın gülümsündüm.
Zonahidze mәnim qoluma girdi, biz çıxışa yönәldik. Zal
bayaqkından da qaranlıq olmuşdu. Solğun-bәyaz paltarlı bayaqkı
tәzәgәlin artıq masa arxasında yox idi. Bayıra çıxanda gölün
qarşı tәrәfindәn qulaqlarımıza suyun şappıltısı, musiqi, gülüş
sәsi dәyirdi.
Xahiş edirәm, – Zonahidzeyә müraciәt elәdim, – әgәr sizin
üçün çәtin deyilsә, hәmin melodiyanı mәnim yadıma salın –
sifariş edirdi ha... adı nәydi onun...
– Styopa?
– Hә.
O, melodiyanın ilk taktlarını fitlә çalmağa başladı. Sonra
dayandı.
– Siz Styopa ilә görüşmәk istәyirsiniz?
– Nә bilim...
Əlimi möhkәm sıxdı.
– Ona deyәrsiz ki, Zonahidzenin yadına tez-tez düşür.
Baxışları üzümdә lәngidi.
– Kim bilir, bәlkә dә Jan haqlıdır. Siz “Kastiliya” hotelinin
müştәrisi olmusunuz... Çalışın xatırlayasınız... “Kastiliya” hoteli,
Kambon küçәsi...
Mәn çönüb maşının qapısını açdım. Alnımı şüşәyә dirәyib,
qabaq oturacaqda büzüşdüm. Hәniri gәldi – arxaya çönәndә
tәzәgәlini tanıdım. Yatmışdı, solğun-bәyaz paltarı dartılıb dizindәn
yuxarı qalxmışdı.
– Onu necәsә başımızdan elәmәliyik, – Zonahidze dedi.
   21   22   23   24   25   26   27   28   29   30   31