Page 21 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 21
Qaranlûq dökanlar kö÷ÿsi 21

– Mәn sәkkiz il Hüttenin Özәl Xәfiyyә Agentliyindә işlәmişәm.
Onlar heyran-heyran mәnә baxdılar.
– Amma bunun yәqin keçmiş hәyatıma heç bir aidiyyәti
yoxdur; bunu nәzәrә almayın.
– Qәribәdir, – Erter mәnә diqqәtlә baxıb dedi, – mәn sizin
neçә yaşınızın olduğunu söylәyә bilmәzdim...
– Yәqin, bığlarıma görәdir.
– Bәlkә dә bığınız olmasaydı, – Zonahidze dillәndi, – sizi o
dәqiqә tanıyardıq.
O, әlini uzatdı, ovcunu üst dodağıma dirәyib bığlarımı örtdü,
gözünü qıydı – elә bil model qarşısında durmuş portret rәssamı idi.
– Sizә nә qәdәr çox baxıramsa, bir o qәdәr çox çaşıram. Mәnә
elә gәlir ki, kefcillәr vardı, bir dәstә – onların arasında görmüşәm
sizi... – deyә, Erter başladı.
– Nә vaxt? – Zonahidze soruşdu.
– Nә bilim... Lap çoxdan... Gör biz nә vaxtdan bәri gecә
klublarında işlәyirik, Pol...
– Yәni hәlә “Tanaqra” dövründә?
Erter mәndәn gözünü çәkmirdi vә baxışları getdikcә daha
sirayәtedici, gәrgin olurdu.
– Bağışlayın, – dedi, – siz bir dәqiqәlik ayağa dura bilmәzdiniz?
Tabe oldum. Mәni әvvәl başdan-ayağa, sonra da ayaqdan-
başa kimi süzdü.
– Hә-hә, siz mәnә bir müştәrimizi xatırladırsınız... Boy da elә
hәmindir... Dayanın...
Əlini qaldırıb, yerindә dondu, sanki fikrindәn sürәtlә sivişib
çıxmaq istәyәn nәyisә tutub saxlamağa çalışırdı...
– Dayanın, dayanın... Hә, yadıma düşdü, Pol... – O bir qalib
görkәmlә gülümsündü. – Otura bilәrsiniz.
Erter sevinirdi. Heç şübhәsi yox idi ki, verdiyi xәbәr bizi
heyran qoyacaq. Nümayişkaranә bir tәmtәraqla bakallarımıza
şәrab süzdü.
   16   17   18   19   20   21   22   23   24   25   26