Page 24 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 24
Ïàòðèê Ìîäèàíî

– Heç demә... Amma hamısı birdәn yoxa çıxdı, – Zonahidze
tәәssüflә dillәndi. – Tәkcә siz qalmısız, müsyö... Şadam ki,
sizin... yerinizi müәyyәn edә bildik... Siz Styopanın kampaniyasında
olmusuz... Tәbrik edirәm... O dövrlәr bizimkindәn qat-qat yaxşı
idi... әn әsası da, insanlar tamam başqa cür idilәr – indikilәrә qәti
bәnzәmirdilәr...

– Əşşi, әn әsası – biz özümüz cavandıq onda, – Erter qımışdı.
– Onda, yәni, nә vaxt, hansı illәrdә? – hәyәcanla soruşdum.
– Əşşi, biz tarix mәsәlәsini hәmişә dolaşdırırıq, – Zonahidze
dedi. – Hәr halda, Nuha qәdәr imiş yәqin...
O, qәflәtәn tutuldu.
– Tәsadüfә bax ha... – Erter dedi.
Qalxdı, küncdәki alçaq piştaxtaya yaxınlaşdı vә әlindәki
qәzeti vәrәqlәyә-vәrәqlәyә yanımıza döndü. Sonra qәzeti mәnә
uzatdı – elan göstәrirdi: “Mari de Rezanın 25 oktyabrda, doxsan
iki yaşında dünyasını dәyişdiyini onun qızı, oğlu, nәvәlәri, yaxın
qohumları, elәcә dә dostları Jorj Saşer vә Styopa de Caqoryev
dәrin tәәssüflә bildirir.
Dәfn mәrasimi Sent-Jenevyev-de-Bua mәzarlığındakı kilsәdә
cәnazә duasından sonra, 4 noyabr, saat 16-da keçirilәcәk.
9-cu günün rәhmәt mәrasimi noyabrın 5-dә rus pravoslav
kilsәsindә baş tutacaq. Ünvan: Paris, 16-cı dairә, Klod-Lorren
küçәsi, 19.
Xüsusi dәvәtnamә göndәrilmәyәcәk.”
– Demәli, Stepan sağdır? – Zonahidze soruşdu. – Siz onunla
görüşürsünüz?
– Yox, – dedim.
– Düz dә elәyirsiniz. İndiki zamanla yaşamaq lazımdır... Hә,
Jan, konyakla yekunlaşdıraqmı?
– Bu dәqiqә!
   19   20   21   22   23   24   25   26   27   28   29