Page 23 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 23
Qaranlûq dökanlar kö÷ÿsi 23
– Yox, heç bir şey istәmir.
– Bәs qalanları hardadır?
– Onlar on şüşә dә “Krüq” sifariş etdilәr.
Erter çiynini çәkdi.
– Bu daha mәnlik deyil...
Zonahidze nә tәzәgәlinә, nә dә onların söhbәtinә fikir vermәdәn
israrla tәkrar edirdi:
– Hә... Styopa da... Siz Styopanı xatırlamırsınız?
Əl çәkmirdi. Elә qızışmışdı ki, axırda onun cavabını sirli bir
tәbәssümlә verәsi oldum:
– Hә, hә. Deyәsәn, düşür yadıma.
O, Erterә tәrәf çönüb tәntәnәylә elan etdi:
– Styopa onun yadındadır!
– Mәn bilirdim xatırlayacağımı.
Ofisiant tәrpәnmәdәn Erterin yanında durmuşdu – görkәmindәn
çaşqınlıq yağırdı.
– Müsyö, mәncә onlar yataq otaqlarını kirayәlәyәcәklәr... Nә
edәk?
– Mәn axı deyirdim ki, bu toy pis qurtaracaq... Yaxşı, eybi
yox... olsun... Bunun bizә dәxli yoxdur...
Tәzәgәlin masa arxasında elә bayaqkı kimi hәrәkәtsiz oturmuşdu.
Bircә әllәrini çarpazlamışdı.
– Maraqlıdır, görәsәn, niyә tәkdir? – Erter, deyәsәn, bizdәn
soruşdu, amma bunun bizә dә dәxli yox idi axı.
Əlini eynәn milçәk qovurmuş kimi yellәdi.
– Öz qoturumuzu qaşıyaq, – dedi. – Demәli, siz Styopanı
tanıdığınızı tәsdiq edirsiniz?
– Hә, – deyә, köks ötürdüm.
– Demәli, onların kampaniyasından idiniz... Qiyamәt uşaqlar
idi vallah! Hә, Pol, düz demirәm?