Page 27 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 27
Qaranlûq dökanlar kö÷ÿsi 27

Yüngülcә silkәlәdim, oyanmadı. Onda belindәn yapışıb,
maşından çәtinliklә çıxardım.

– Onu burda, elә quru yerdәcә qoyub gedә bilmәrik axı, –
dedim vә qaldırıb, әllәrimin üstündә restorana apardım. Gәnc
qadının başı çiynimә düşәndә sarışın saçları boynumu qıdıqlayırdı.
Ondan gәlәn әtrin tünd qoxusu yadıma nәlәrisә salırdı. Amma
nәlәri?

3

Altıya on beş dәqiqә qalırdı. Taksi sürücüsündәn xahiş etdim
ki, mәni Şarl-Mari-Vidor küçәsindә gözlәsin, özüm isә rus
kilsәsinin yerlәşdiyi Klod-Lorrenә tәrәf piyada getdim.

Pәncәrәlәrindә tül pәrdәlәri olan ikimәrtәbәli tikili.
Sağ tәrәfi geniş xiyabana düşürdü. Üzbәüz sәkidә durdum.
Küçә tәrәfdәn giriş qapısının ağzında ilk olaraq iki qadın
göründü. Onlardan birinin, qara, qısasaçlısının başında elә qara
da lәçәk vardı. Digәri, üzünә möhkәm bәzәk-düzәk vermiş
sarışını isә, muşketyorlarınkına bәnzәyәn şlyapa qoymuşdu.
Onların fransızca danışdığını eşidirdim.
Taksi yaxınlaşdı, içindәn monqolsayağı qıyıq gözlәrinin altı
tuluqlanmış şişman bir qoca düşdü. O, xiyaban boyu addımladı.
Sol tәrәfdәn, Bualo küçәsindәn dönmüş beş nәfәrdәn ibarәt
qrup yaxınlaşırdı mәnә. Ortayaşlı iki qadın kövrәk gips heykәllәri
xatırladan, solğun bәnizli bir qocanın qoluna girib aparırdı.
Onların dalınca iki kişi gәlirdi, yәqin ata-oğul idilәr, bir-birinә
çox bәnzәyirdilәr – hәr ikisi cızıq-cızıq boz parçadan gözәl
kostyum geymişdi, – ata bir az modabaz kimi görünürdü, oğlunun
isә sarışın, dalğalı saçları vardı. Onları bir maşın haqladı, içindәn
başqa bir qoca düşdü. İti hәrәkәtlәrlә şax yeriyәn bu qocanın
әynindә qalın mahuddan başlığı olan plaş vardı, cod saçları qısa
   22   23   24   25   26   27   28   29   30   31   32