Page 31 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 31
Qaranlûq dökanlar kö÷ÿsi 31

keçәl kişi dә diqqәt mәrkәzindә idi. Bahalı, nәfis kostyum geymiş
ata-oğul isә muzdlu rәqqaslar stoldan-stola gәzәn kimi, bir
dәstәdәn digәrinә yaxınlaşırdılar. Çox özündәnmüştәbeh görkәmlәri
vardı, ata hәrdәn başını lap arxaya әyәrәk, gülürdü, mәn dә
fikirlәşirdim ki, ay zalım, bu qәhqәhәnin heç yeridi?

Styopa isә boz rәngdә müşketyor papaqlı qadınla ciddi söhbәt
edirdi. Gah onun әlindәn tutur, gah da hörmәt-izzәtlә çiyninә
toxunurdu. Yәqin, bir zamanlar çox yaraşıqlı kişi sayılırmış.
Mәn ona yetmiş yaş verәrdim. Sifәti bir balaca şişkin idi, saçları
alın tәrәfdә möhkәm seyrәklәşmişdi, amma iri burnu, bir qartal
qüruruyla uca tutduğu başı onun hәqiqi әsilzadәliyinә dәlalәt
edirdi. Ən azından, baxdığım mәsafәdәn mәnә elә göründü.

Vaxt keçirdi. Onlar artıq yarım saat idi ki, söhbәt edirdilәr.
Qorxurdum ki, bir kәnarda tәk durmağım onlardan hansınınsa
diqqәtini çәkәr. Bәs taksi sürücüsü? Mәn iti addımlarla Şarl-
Mari-Vidor küçәsinә tәrәf addımladım. Maşının mühәrriki elә
bayaqkı kimi işlәyirdi, sürücü sükan arxasında oturub yenә
özünün bataqlıq yaşılı rәngli qәzetini oxuyurdu.

– Nә oldu? – soruşdu.
– Bilmirәm, – cavab verdim. – Bәlkә bir saat da gözlәyәsi
olduq.
– Dostunuz kilsәdәn çıxmadı?
– Çıxıb, amma yoldaşlarıyla söhbәt edir.
– Tәlәsdirә bilmәzsiniz onu?
– Yox.
İri, mavi gözlәri tәbii bir hәyәcanla üzümә zillәndi.
– Narahat olmayın, – dedim. – Hәr şey qaydasında olacaq.
– Əslindә, mәn sizә görә narahatam... Axı sayğacı
söndürmәmәliyәm.
Yenә rus kilsәsiylә üzbәüzdәki müşahidә mәntәqәmә qayıtdım.
   26   27   28   29   30   31   32   33   34   35   36