Page 33 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 33
Qaranlûq dökanlar kö÷ÿsi 33

Styopa maşının qapısını bir xeyli aça bilmәdi. Mәnә hәtta elә
gәldi ki, açarları sәhv salıb. Nәhayәt ki, sükan arxasına keçәndә,
mәn sürücüyә tәrәf әyildim:

– O göypaltolu, ucaboy adamın mindiyi maşının dalınca ge-
dәrsәn...

Bircә bunun dәrdindәydim ki, kaş düşdüyüm iz yanlış
olmayaydı, axı maşındakı şәxsin mәhz Styopa de Caqoryev
olduğunu dәqiq bilmirdim.

4

Onu izlәmәk çәtin deyildi – maşını yavaş sürürdü. Lakin
Port-Mayoda yolu qırmızı işıqda keçdi, mәnim sürücüm isә buna
ürәk elәmәdi. Moris-Barres bulvarında ona çatdıq. Hәr iki maşın
piyada keçidindә yenә yanaşı durdu. Tıxaca düşәn sürücülәr bir-
birini necә süzürlәrsә, elәcә dalğın baxdı mәnә.

Riçard-Uolles bulvarının axırında, Sena sahilindәki sonuncu
evlәrin qabağında, Püto körpüsünә yaxın bir yerdә maşınını
saxlayıb düşdü. Onun Jülyen-Poten bulvarına burulmasını gözlәyib,
sürücünün pulunu verdim.

– Müvәffәqiyyәt arzulayıram, – dedi. – Ehtiyatlı olun...
Vә Styopanın dalınca Jülyen-Poten bulvarına sarı gedәrkәn,
әmin idim ki, sürücü mәni baxışlarıyla ötürür. Bәlkә dә qorxurdu
mәnimçün...
Hava qaralırdı. Bu dar küçәnin hәr iki tәrәfindә iki müharibә
arasındakı illәrdә ucaldılaraq, sanki bütöv, bitmәz bir fasad әmәlә
gәtirәn simasız evlәrin sıx sırası uzanıb gedirdi. Styopa mәndәn
on addım irәlidә addımlayırdı. O, sağa, Ernest-Deluazon küçәsinә
buruldu vә bir baqqal dükanına girdi.
Bax, indi onunla danışmaq olardı. Bu, mәnә çox çәtin gәlirdi,
hәddindәn artıq utancaq idim, hәm dә qorxurdum ki, mәni dәli
sayar, – tәbii ki, başlayacaqdım kәkәlәmәyә, әlaqәsiz şeylәr
   28   29   30   31   32   33   34   35   36   37   38