Page 37 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 37
Qaranlûq dökanlar kö÷ÿsi 37

Qalxıb, qonşu otağa keçdi.
Kamodun siyirmәsini necә çәkdiyini eşitdim. Əlindә iri,
qırmızı bir qutuyla qayıtdı vә yerә oturub, çarpayıya söykәndi.
– Yanımda әylәşin. Rahat baxarsız.
Tabe oldum. Qutunun qapağında qotik hәrflәrlә mәşhur qәn-
nadı ustasının adı yazılmışdı. Açdı onu. Ağzına kimi fotoşәkillәrlә
dolu idi.
– Burda, sizin gözlәriniz önündә mühacirәtin bütün әsas
simalarıdır.
Fotoları bir-birinin dalınca mәnә ötürür, arxasından oxuduğu
adları, tarixlәri söylәyirdi vә bu yeknәsәq monoloqa rus adları
xüsusi bir sәs çaları verirdi – gah sincә dәyәn zәrbә kimi gurultulu,
gah şikayәtli, gah da lap boğuq. Trubetskoy. Orbeliani. Şeremetyev.
Qolitsın ilә Elistov. Obolenski. Baqration. Çavçavadze... Hәrdәn
fotonu mәndәn alıb, yenidәn baxır, adını, tarixini yoxlayırdı.
Bayram şәkillәri... Böyük knyaz Borisin bask torpaqlarındakı
qәsrindә inqilabdan xeyli sonra tәntәnәli qәbul, masa arxasında
kollektiv şәkil... Şam zamanı çәkilmiş ağ-qara şәkildә müxtәlif
sifәtlәr, 1914-cü il... Peterburqda Aleksandr liseyindә sinif şәkli...
– Bu isә mәnim böyük qardaşımdır...
O, fotoşәkillәri mәnә getdikcә daha sürәtlә, demәk olar ki, özü
baxmadan ötürürdü. Aşkar hiss olunurdu ki, mәsәlәni tez bitirmәk
istәyir. Baxışlarım qәflәtәn qalanlarına nisbәtәn daha qalın kağızda
çıxarılmış bir şәklә ilişdi; arxasında yazı da yox idi.
– Müsyö, nәylәsә maraqlandınız, deyәsәn, elәdir? – deyә
soruşdu.
Ön plandakı kresloda gülümsәyәn bir qoca qәddini dikәldib
oturub. Onun arxasında cavan, ağbәniz, gözlәri sanki işıq saçan
bir qadın var. Onların әtrafında dәstә-dәstә adamlar durub, çox-
larının arxası obyektivәdir. Şәklin sol tәrәfindә tәxminәn otuz
yaşında çox hündür bir kişi durub, әynindә xırda damalı, açıqrәngli
   32   33   34   35   36   37   38   39   40   41   42