Page 39 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 39
Qaranlûq dökanlar kö÷ÿsi 39
vә dәnizin bir parçası görünürdü. Fotoşәklin arxasında bәnövşәyi
mürәkkәblә belә yazılmışdı: “Qalina Orlova – Yalta”.
– Görürsünüz... bu da odur... Gey Orlova... Onun adı Qalina
idi... Amerikansayağı adı sonralar peyda oldu. – Vә o nәdәnsә
hәlә dә әlimdә saxladığım bayaqkı fotoya işarә etdi... – Anam
hәr şeyi saxlayırdı...
Sonra iti bir hәrәkәtlә yerindәn qalxdı.
– İcazә verirsiniz, burda nöqtә qoyaq? Nәsә başım hәrlәndi. –
O, әlini alnına çәkdi. – Gedim әynimi dәyişim... Əgәr istәyirsinizsә,
birgә şam elәyә bilәrik.
Mәn hәlә yerә sәpәlәnmiş fotoşәkillәrin arasında qalmışdım.
Sonra ikicә dәnәsini ayırıb, qalanlarını yekә, qırmızı qutuya
yığdım – bir Gey Orlova ilә qoca Corcadzenin “yanında durduğum”
şәkli, bir dә hәmin Gey Orlovanın Yaltada çәkilmiş uşaqlıq
şәklini götürdüm. Sonra qalxıb, pәncәrәyә yaxınlaşdım.
Artıq qaranlıq idi. Pәncәrә dörd tәrәfindә evlәr ucalan başqa
bir meydançaya açılırdı. Evlәrdәn o üzdә Sena çayı, solda Püto
körpüsü. Bir dә uzanıb gedәn ada. Körpünün üstüylә maşınlar
dalbadal şütüyürdü. Mәn evlәrin fasadlarına, indi qarşısında
durduğum elә bu pәncәrә kimi işıqlı pәncәrәlәrә baxırdım, indi
burda, arı şanını xatırladan bu binalarda, burdakı pillәkәn vә
liftlәrin labirintindә mәn elә bir insan tapmışdım ki, bәlkә dә...
Alnımı şüşәyә sıxdım. Aşağıda, mәndәn altda bütün girişlәr
işıqlanmışdı.
– Bu sarı işıq bütün gecәni yanacaq. Yaxınlıqda restoran var,
– Styopa dedi.
Fotoşәkillәri çarpayının üstündәn götürdüm.
– Müsyö de Caqoryev, – dedim, – bu iki şәkli müvәqqәti
olaraq mәnә verә bilmәzdiniz ki?
– Bağışlayıram onları sizә.
Qırmızı qutuya işarә etdi.