Page 40 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 40
Ïàòðèê Ìîäèàíî
– Fotoların hamısını sizә bağışlayıram.
– Yox... axı...
– Götürün.
Sәsinin ahәngindәn etiraz qәbul edәnә oxşamırdı vә mәnim
tabe olmaqdan savayı yolum yox idi. Bu mәnzili tәrk edәndә
әlimdә qırmızı qutu vardı.
Binadan çıxıb, sahil boyu uzanan General Keniq küçәsinә
çıxdıq. Daş pillәkәnlә endik. Senanın lap sahilindә bir kәrpic bina
vardı. Qapısının üstündәn lövhә asılmışdı: “Bar-restoran De Liil”.
İçәri girdik. Alçaq tavanlar, üstündә bәyaz kağız örtüklәr olan
masalar, toxunma kreslolar. Pәncәrәlәrdәn Sena çayı vә Püto kör-
püsünün fәnәrlәri görünürdü. Biz zalın lap içәrilәrindәki masanın
arxasına keçdik. Restoranda bizdәn başqa kimsә yox idi.
Styopa çantasını eşib bayaq baqqaldan aldığı kağız paketi
masanın üstünә qoydu.
– Hәmişәki kimi? – ofisiant ondan soruşdu.
– Hәmişәki kimi...
– Bәs müsyöyә nә verәk? – deyә ofisiant mәnә işarә edib
yenә soruşdu.
– Elә mәnә verdiyindәn.
Cәld iki boşqab gәtirdi – Baltika siyәnәyi... Oymaq boyda
qәdәhlәrә mineral su süzdü. Styopa masanın üstündәki paketdәn
xiyarları çıxarıb, aramızda tәn böldü.
– Necәdir?
– Normal.
Qırmızı qutunu yanımdakı stulun üstünә qoydum.
– Bunlar sizә doğrudan gәrәk deyil? Axı xatirәdir...
– Yox, lazım deyil. İndi o sizinkidir. Mәn onu estafet kimi
ötürürәm sizә.