Page 42 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 42
Ïàòðèê Ìîäèàíî

– Yox, tәşәkkür edirәm.
– Mәn dә istәmirәm.
Yemәyin pulunu vermәk istәyirdi, mәn qabaqladım. Biz “Bar-
restoran de-Liil”dәn sahilә çıxdıq vә o, mәnim qoluma girib
pillәlәri qalxmağa başladı. Suyun üzәrindәn duman pәrdәsi
asılmışdı – yumşaq, buz kimi... Vә ondan ciyәrlәrimizә elә bir
sәrinlik doldu ki, adama elә gәlirdi, havada üzür. Mәn cәmi bir
neçә metrliyimizdә olan sahilboyu evlәrin konturlarını zorla seçә
bilirdim. Styopanı kor kimi apardım – birbaş yeganә әlamәti
girişlәrindә sarı, işıqlı lәkәlәri olan meydançaya qәdәr apardım.
O, mәnim әlimi sıxdı.
– Neynәk, Gey Orlovanı tapmağa çalışın, – dedi, – әgәr sizin
üçün bu qәdәr mühümdürsә...
Onun işıqlı qapıya necә girdiyinә baxırdım. Ayaq saxlayıb,
mәnә әl elәdi. Mәn, qoltuğumda iri qırmızı qutu donub qalmışdım
– başqasının ad günündә nәsә bir hәdiyyә almış uşağa bәnzәyirdim
vә o dәqiqәlәrdә әmin idim ki, Styopa mәnә yenә nәsә demәyә
davam edir, lakin duman onun sәsini dә öz içindә әridirdi...

5

Poçt kartının üstündә – Nitsada İngilis bulvarı, yay.
“Əzizim Gi, mәn sizin mәktubunuzu aldım. Burda bütün
günlәr bir-birinә bәnzәyir, amma Nitsa çox gözәl şәhәrdir. Yaxşı
olardı ki, mәnә bir baş çәkәsiniz. Burda hәrdәn iyirmi ildәn bәri
görmәdiyim vә çoxdan ölmüş saydığım insanlarla küçәdә tәsadüfәn,
qәribә bir tәrzdә rastlaşası oluram. Vә biz bir-birimizi görәndә
diksinirik. Nitsa kabuslar vә xәyalat şәhәridir, amma mәn ümid
edirәm ki, onların sırasına o qәdәr dә tez girmәrәm.
O ki, qaldı axtardığınız qadına, әn yaxşısı Bernardiyә zәng
vurmaqdır – Mak-Maqon 00-08. Onun müxtәlif xidmәtlәrdә ça-
lışan adamlarla kifayәt qәdәr sıx әlaqәlәri var vә sizә mәmnuniyyәtlә
kömәk edәr.
   37   38   39   40   41   42   43   44   45   46   47