Page 47 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 47
Qaranlûq dökanlar kö÷ÿsi 47

– Siz... siz Geyi... tanıyırdınız?
– Yox.
Biz hoteldәn çıxdıq. Ziyafәt geyimindә olan, diqqәt çәkәn ak-
sesuarlarla bәzәnmiş bir dәstә kişi vә qadın – qırmızı smokinqlәrdә,
yaşıl vә sәma mavisi rәngli uzun atlas paltarlarda taksi gözlәyirdilәr.
– Sizi narahat etmәk istәmәzdim...
– Siz mәni heç narahat etmirsiniz, – deyә, dalğın tәrzdә dil-
lәndi. – Mәn gör nә vaxtdan Gey haqda bir şey eşitmәmişәm...
Bağışlayın, siz kimsiniz axı?
– Onun qohumu. Mәn... istәrdim bәzi tәfәrrüatı sizdәn
öyrәnim... onun hәyatı barәdә...
– Tәfәrrüatı?
O, gicgahını şәhadәt barmağıyla bәrk-bәrk sürtdü.
– Sizә nә deyә bilәrәm axı?..
Biz hotelboyu, Senaya aparan dar küçәylә yanaşı gedirdik.
– Mәn evә getmәliyәm, – dedi.
– Sizi ötürәrәm.
– Siz hәqiqәtәn Geyin qohumusunuz?
– Bәli. Bizim ailәmiz istәrdi ki, onun taleyi barәdә daha çox
bilsin.
– O çoxdan ölüb.
– Bilirәm.
Çox sürәtlә yeriyirdi vә mәn onunla zorla ayaqlaşa bilirdim.
Çalışırdım ki, yanaşı gedәk. Biz artıq Branli küçәsindәydik.
– Mәn qarşıda yaşayıram, – deyәrәk, Senanın o biri sahilini
göstәrdi.
Biz Birhakeym körpüsüylә addımladıq.
– İnanmıram sizә çox şey danışa bilim. Gör nә vaxt olub bu...
O, addımlarını yavaşıtdı, sanki hansısa tәhlükә sovuşmuşdu,
yalnız indi özünü rahat hiss etdi. Bәlkә bayaqdan elә bilirdi onu
izlәyәn var, ya da mәndәn canını qurtarmaq üçün tәlәsirmiş.
   42   43   44   45   46   47   48   49   50   51   52