Page 49 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 49
Qaranlûq dökanlar kö÷ÿsi 49

– ...Mәnim tanıdığım әn gözәl qız...
Vә sәs-küydәn heç bilmirәm, necә eşitdiyim bu bir kәlmә söz
mәni dәrin ümidsizliyә düçar etdi. Mәn gecәnin bir alәmi körpünün
üstündә tamam yad bir insanla durub ondan keçmişimә işıq sala
bilәcәk bәzi mәlumatları qoparmaq istәyirdim, amma vaqonların
gurultusundan nә dediyini eşitmirdim.
– Bәlkә bir az qabağa gedәk?
Lakin o öz alәminә elә qapılmışdı ki, heç cavab da vermәdi.
Görünür, çoxdan hәmin bu Gey Orlova haqda düşünmürdü vә
indi onunla bağlı xatirәlәr şüurunun üst qatına çıxaraq, onu bir
tufan külәyi kimi vurub gicәllәndirirdi. O, sürahıya söykәnib,
bayaqkı kimi hәrәkәtsiz durmuşdu.
– Gәlin, hәr halda bir az irәli keçәk...
– Siz Geyi tanıyırdınız? Onunla görüşmüsünüz?
– Yox. Elә ona görә dә istәyirdim ki, ondan danışasınız mәnә.
– Sarışın qadın idi... yaşıl gözlü... qeyri-adi görünüşü vardı...
necә tәsvir edim, bilmirәm... Kül rәngindә saçlar...
Külrәngli saçları olan sarışın. O, yәqin, mәnim dә hәyatımda
sonuncu rolda olmayıb. Fotoşәklinә daha diqqәtlә baxmaq lazımdır.
Tәdricәn xatırlayacam. Bәlkә mәni daha dәqiq izә salacaq bu
şәkil. Hәr halda bәxtim gәtirdi ki, bu Uoldo Blantı tapa bildim.
Onun qoluna girdim. Biz axı hәmişәlik körpünün üstündә
qala bilmәzdik. Sahil küçәsi Passi ilә addımladıq.
– Siz onunla Fransada görüşmüsünüz? – deyә, soruşdum.
– Yox. Mәn Fransaya gәlәndә, o artıq sağ deyildi. Özünü öl-
dürmüşdü...
Fikirlәşdim ki, görәsәn niyә?
– Mәnә tez-tez deyirdi ki, qocalmaqdan qorxur...
– Bәs onu sonuncu dәfә nә vaxt görmüsünüz?
– Luçano ilә sәrgüzәştindәn sonra hәmin o fransızla tanış
oldu. O zamanlar hәrdәn görüşürdük.
   44   45   46   47   48   49   50   51   52   53   54