Page 53 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 53
Qaranlûq dökanlar kö÷ÿsi 53

Qapı aralandı vә yarıqdan dodaqlarında çәhrayı pomada olan
sarışın qadının qısasaç başı çıxdı. Sonra ikinci baş göründü – qa-
rasaç, solğun bәnizli bir kişi. Çılpaq lampanın işığı onların üzünü
maskaya çevirirdi. Qarasaç kişi gülümsünürdü.

– Mәn onların yanına qayıtmalıyam, yaxşı deyil... İki-üç saat-
dan sonra gәl.

– Yaxşı, – Blant dedi.
Qadın dostlarının dalınca otağa girib, qapını örtdü. İçәridә
qәhqәhә qopdu, sәs-küy qalxdı. Sonra yenә musiqi sәsi hәr yanı
başına götürdü.
– Getdik! – Blant dillәndi.
Biz yenә pillәkәndәydik. Blant işığı yandırıb, pillәlәrә çökdü.
İşarәylә mәni dә әylәşmәyә dәvәt elәdi.
– Arvadım mәndәn xeyli cavandır... Otuz il fәrqimiz var...
Gәrәk özündәn çox cavan qadınla heç vaxt evlәnmәyәsәn... Heç
vaxt... – O, әlini mәnim çiynimә qoydu. – Çünki heç nә alınma-
yacaq. Hәlә heç vaxt elә bir şey olmayıb ki, alınsın... Bunu ya-
dında saxla, dostum...
İşıq söndü. Onu tәzәdәn yandırmağa Blantın heç hәvәsi yox
idi. Elә mәnim dә.
– İndi Gey görәydi mәni...
Bu fikrindәn özünü dә gülmәk tutdu. Zülmәtdә qәribә bir
gülüş.
– Mәni tanıya bilmәzdi... Bu illәr әrzindә çәkim heç olmasa,
otuz kilo artıb...
O yenә güldü, amma bayaqkı kimi yox, daha әsәbi vә zorla.
– O, xәyal qırıqlığına uğrayıb... Özünüz tәsәvvür edin... Hotel
barında pianoçu...
– Niyә axı?
– Bir aydan sonra isә mәn işsiz qalacam...
O, qolumu dirsәkdәn yuxarıda möhkәm sıxdı.
   48   49   50   51   52   53   54   55   56   57   58