Page 55 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 55
Qaranlûq dökanlar kö÷ÿsi 55
– Yox.
O, fotoşәklә tәrәf әyildi, әlini açıb alnına dirәdi ki, alov sön-
mәsin.
– Sizә elә gәlmir ki, o mәnә oxşayır?
– Bilmirәm.
Şәklә daha bir-neçә saniyә baxıb, mәnә qaytardı.
– Gey burda elә mәn tanıyan kimidir, – deyә qüssәylә dillәndi.
– Bu isә onun uşaqlıq şәklidir.
İkinci fotonu uzatdım vә o, alışqanın alovunu bayaqkı kimi
әliylә qoruyaraq, şәkli hәddindәn ziyadә dәqiq işlә mәşğul olan
bir saatsaz pozasında seyrә başladı.
– Qәşәng qız olub, – dedi. – Sizdә onun başqa şәkillәri
yoxdur ki?
– Tәәssüf ki, yox... Bәs sizdә?
– Mәndә bizim toy şәklimiz vardı, amma onu hәlә Amerikada
olanda itirdim... Heç bilmirәm ki, özünә qәsd etdiyi barәdә qәzet
yazısı dururmu...
Onun әvvәlcә zorla sezilәn amerikalı lәhcәsi getdikcә daha
çox hiss olunurdu. Yorğunluqdan idi bu?
– Sizi evә buraxmağını tez-tezmi belә gözlәmәli olursunuz?
– Getdikcә daha tez-tez. Amma elә gözәl başlamışdı ki, hәr
şey... Elә sevimli, sәmimi idi...
O, külәkdә çәtinliklә bir siqaret yandırdı.
– Gey mәni bu vәziyyәtdә görsәydi, yaman tәәccüblәnәrdi...
Mәnә yaxın oturub, әlini çiynimә qoydu.
– Dostum, sizә elә gәlmirmi ki, Gey elә lap vaxtında yoxa
çıxmaqla, düzgün iş görüb?
Mәn ona baxırdım. Sifәti başdan-ayağa girdә xәtlәrdәn ibarәt
idi. Üzü, mavi gözlәri vә hәtta qövsvari bığları. Ağzı da, toppuş
әllәri dә. O, sapla bağlanmış hava şarına bәnzәyirdi – nә qәdәr
yüksәyә qalxdığını görmәk üçün uşaqların hәrdәn havaya buraxdığı