Page 57 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 57
Qaranlûq dökanlar kö÷ÿsi 57

Qәribә adamlardır. Sanki bunlar özlәrindәn sonra elә o dәqiqә
seyrәlib yox olan, ya da yüngül duman qoyub gedәnlәrdәndilәr.
Hütte ilә bu cür әlәkeçmәz mәxluqlar barәdә çox söhbәtlәrimiz
olurdu. Onlar sanki heçlikdәn qәfil yaranır vә parlayaraq yenә
elә hәmin heçliyә dönürlәr. Gözәllik ilahәlәri. Sutenyorlar. Gecә
pәrvanәlәri. Onların çoxunun varlığı hәlә yaşayanda belә bir
udum buxardan az olur. Hütte bir “çimәrlik adamı”ndan – bu adı
elә özü qoymuşdu ona – misal gәtirmәyi çox sevirdi. Bu adam
ömrünün qırx ilini çimәrliklәrdә, hovuzlarda kurorta gәlәnlәrlә
vә varlı avaralarla söhbәtdә keçirmişdi. Minlәrlә yay fotosunda
o, әynindә çimәrlik paltarı ya bir qıraqda, ya da arxa planda de-
yib-gülәn cavanların arasındadır, amma çәtin ki, kimsә onun
adını, hardan peyda olduğunu bilә. Günlәrin birindә fotoşәkillәrdәn
yox olmasını da kimsә bilmәdi. Mәn Hütteyә etiraf etmәkdәn
çәkinirdim, amma mәnә elә gәlirdi ki, “çimәrlik adamı” elә mә-
nәm. Amma o heç tәәccüblәnmәzdi dә. Hütte hәmişә tәkrar edir-
di ki, mahiyyәtcә, biz hamımız “çimәrlik adamı”yıq vә “qum, –
mәn onun söylәdiklәrini sözbәsöz deyirәm, – bizim lәpirlәrimizi
yalnız bir neçә an saxlayır”.

Evlәrdәn birinin fasadı kimsәsiz bir bağçaya baxırdı. Adda-
budda ağaclar, kollar, çoxdan biçilmәyәn otluq. Günәşli bir
günün axşamtәrәfi çağında qum qalağının yanında bir uşaq tәk-
tәnha, sakitcә oynayırdı. Mәn otluğun bir kәnarında әylәşdim,
gözlәrimi evә zillәyәrәk düşündüm ki, görәsәn, Gey Orlovanın
pәncәrәlәri bu tәrәfә açılmırdı ki.

9

Gecәdir. Agentlikdәki, opal abajurlu lampa Hüttenin dәri
üzlük çәkilmiş masasına parlaq işıq lәkәsi salır. Masa arxasında
oturub Bottenin illik toplularını vәrәqlәyirәm – köhnәlәrinә vә
bu yaxınlarda çıxanlara – nәzәr yetirir, sәhifәlәrin qıraqlarında
   52   53   54   55   56   57   58   59   60   61   62