Page 56 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 56
Ïàòðèê Ìîäèàíî

şara. Hәtta onun adı da – Uoldo Blant adama elә hәmin o şarlar
kimi şişirdilmiş gәlirdi.

– Çox tәәssüf, dostum... Sizә Gey barәdә çox şey danışa bil-
mәdim.

Mәn hiss edirdim ki, o yorğunluqdan vә ümidsizlikdәn ağır-
laşıb, amma bütün diqqәtini toplayıb, gözlәrimi ondan çәkmir-
dim, qorxurdum ki, xırdaca bir külәkdәn uçub gedәcәk, mәni öz
suallarımla baş-başa qoyacaq.

8

Marşal Liote avenyusu Oteedәki ippodromun qaçış meydanını
dolanırdı. Sağ tәrәfdәn – qaçış yolları, solda eyni layihәylә tikil-
miş, aralarında meydançalar olan evlәr. Mәn bu cah-cәlallı ka-
zarmaların yanından ötüb, Gey Orlovanın özünә qәsd etdiyi evin
qarşısında dayandım. Marşal Liote avenyusu 25. Hansı mәrtәbәdәdir,
görәsәn? Qapıçı o vaxtdan bәri yәqin ki, dәyişib. Görәsәn, burda
Gey Orlova ilә pillәkәndә qarşılaşan, ya da onunla liftә minәn
bircә sakin qalıb? Ya da burda tez-tez gördüyündәn, kimsә tanıya
bilәcәk mәni...

Görünür, nә vaxtsa, lap çoxdan, axşamlar ürәyi çırpına-çırpına,
25 nömrәli evin pillәlәrini qalxırdım. O, mәni gözlәyirdi. Evin
pәncәrәlәri qaçış meydanına açılırdı. Yarışları burdan, yuxarıdan
izlәmәk yәqin qәribә idi – xırdaca atlar, çaparlar tirdәki fiqurlar
kimi hәrәkәt edirdilәr – bütün fiqurları vura bilsәn, uduş sәninkidir.

Bir-birimizlә hansı dildә danışırdıq? İngiliscә? Bәlkә qoca
Corcadze ilә şәkli dә elә bu evdә çәkmişdilәr? Bu evin әşyaları
necә düzülmüşdü? Axı, bayaq Hovard de Lüts demişkәn, “kübar
ailәdәn çıxan”, “Con Gibertin nümayәndәsi” işlәyәn, әslәn
Moskvadan olan onunla Palm-Aylenddә Laki Luçano ilә tanış
olan sabiq rәqqasә bir-birinә nә deyә bilәrdilәr?
   51   52   53   54   55   56   57   58   59   60   61