Page 38 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 38
Ïàòðèê Ìîäèàíî

kostyum var, qarasaç, nazikbığdır, sağ әli kadra düşmәyib, sol әli
isә gәnc, sarısaç bir qızın çiynindәdir.

Birdәn mәnә elә gәlir ki, bu mәnim şәklimdir.
Styopaya yaxınlaşıram. Biz kürәyimizi çarpayıya söykәyib,
ayaqlarımızı uzadaraq oturmuşuq, çiyinlәrimiz bir-birinә toxunur.
– Deyin mәnә, bәs bunlar kimdir? – soruşuram.
O, fotonu aldı vә yorğun baxışla bir nәzәr saldı.
– Bu, Corcadzedir... – Kresloda oturmuş qocanı göstәrdi. –
Parisdә, gürcü konsulluğunda işlәyirdi, düz...
Sözünü bitirmәdi, elә hesab edirdi ki, mәnә onsuz da hәr şey
aydındır.
– Bu onun nәvәsidir... Adı Gey idi... Gey Orlova... Valideynlәriylә
Amerikaya mühacirәt etdilәr...
– Siz onu tanıyırdınız?
– Çox pis. Belә desәm, yox. O, uzun müddәt Amerikada
yaşadı.
– Bәs bu kimdir? – deyә, zorla eşidilәcәk bir sәslә özümә
oxşatdığım adamı soruşdum.
– Bu? – Styopa qaşlarını düyünlәdi. – Onu tanımıram.
– Tanımırsınız?
– Yox.
Mәn nәfәsimi zorla dәrdim:
– Sizә elә gәlmir ki, mәn ona oxşayıram?
O, mәnә baxdı.
– Oxşayırsınız? Mәnә elә gәlmir... Nә olub ki?
– Heç...
Artıq mәnә başqa şәkil uzadırdı:
– Buyurun, baxın... tәsadüf qiyamәt şeydir...
Bu ağpaltarlı, uzun sarı saçları olan balaca bir qızın şәkliydi,
kurortda çәkmişdilәr – uzaqda soyunub-geyinmәk üçün kabinәlәr
   33   34   35   36   37   38   39   40   41   42   43