Page 25 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 25
Qaranlûq dökanlar kö÷ÿsi 25

Vә elә o dәqiqәdәn etibarәn, onların Styopaya da, mәnim
keçmişimә dә olan maraqları bilmәrrә buxarlandı. Amma bunun
artıq elә bir әhәmiyyәti yox idi. Mәn artıq izә düşmüşdüm.

– O qәzeti mәnә vermәzsiniz? – deyә, qondarma biganәliklә
soruşdum.

– Əlbәttә, verәrәm, – Erter cavab verdi.
Biz qәdәhlәrimizi toqquşdurduq. Belәliklә, bu iki barmenin
yaddaşında mәn bir zamanlar kimdimsә, onun pozuq silueti qal-
mışdı vә tәәssüf ki, bu siluetin dә yarısını Stepan Caqoryev adlı
birisinin fiquru görünmәz edirdi. Hәmin o Styopa barәdә isә, Zo-
nahidzenin dediyi kimi, “Nuh tufanından” bәri bir şey eşitmәmişdi
bunlar.
– Demәli, siz özәl xәfiyyәlik edirsiniz? – Erter soruşdu.
– Daha yox. Mәnim patronum hәmişәlik istirahәtә getdi.
– Bәs siz? Bununla daha mәşğul olmursunuz?
Cavab vermәyib çiyinlәrimi çәkdim.
– Hәr halda, tanışlığımıza şadam. Buyurun, gәlin, siz burda
hәmişә әziz qonaq olacaqsınız.
Artıq qalxmışdı, әlini bizә uzadırdı.
– Mәni bağışlayın... Sizi qovuram deyәsәn, amma haqq-
hesaba baxmalıyam, sonra qatmaqarışıq düşür hәr şey... Tәrs
kimi, bunlar da bir tәrәfdәn... elә bircә orgiyam çatmırdı burda...
O, gölә işarә elәdi.
– Xudahafiz, Jan.
– Salamat qal, Pol.
Erter fikirli-fikirli mәnә baxdı. Vә sözlәrini qәribә tәrzdә,
uzada-uzada dedi:
– İndi, artıq siz ayağa qalxanda, mәnim yaddaşımda tamam
başqa bir şәxs canlandı...
– Kim? – Zonahidze soruşdu.
   20   21   22   23   24   25   26   27   28   29   30