Page 20 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 20
Ïàòðèê Ìîäèàíî
– Siz bura mütlәq yayda da gәlmәlisiniz. Yayda eyvanda şam
edirlәr. Əla olur.
Biz restorana qayıtdıq, Erter şüşәli qapını örtdü.
– Sizә yüngül şam yemәyi hazırlatmışam – sadә, dәbdәbәsiz-
filansız...
İşarәylә bizi masa arxasına dәvәt elәdi. Onlar yanaşı, mәnimlә
üz-üzә oturdular.
– Hansı şәrablardan meyliniz çәkir? – deyә, Erter soruşdu.
– İcazәnizlә, Sizin zövqünüzә hәvalә edirәm bunu...
– “Şato-Petrüs”?
– Əla fikirdir, Jan, – Zonahidze dillәndi.
Bizә ağ gödәkcәli cavan bir oğlan qulluq edirdi. Divardan
masa üzәrinә sallanan branın işığı düz gözümә vururdu. Erterlә
Zonahidze isә kölgәyә düşmüşdülәr, yәqin mәni qәsdәn belә
oturtmuşdular ki, әmәlli baxa bilsinlәr.
– Hә, Jan, buyurun...
Erter xörәyә girişdi – arabir mәnә dә nәzәr salırdı. Onun da
saçının rәngi elә Zonahidzeninki kimi tünd idi, o da saçını
boyamışdı. Quru dәri, sallaq yanaqlar vә әsl qurmanlara xas
nazik dodaq.
– Bәh-bәh... – deyә, pıçıldadı.
İşığa görә gözlәrimi ara vermәdәn qırpırdım. O, şәrab süzdü.
– Hә, elәdir... Mәncә, sizi qabaqlar hardasa görmüşәm.
– Əsl baş çatlatmalı tapmacadır, – deyә, Zonahidze dillәndi. –
Amma müsyö dә bizә kömәk etmәk istәmir...
Mәncә, oyunun lәzzәtini o da artıq duymuşdu.
– Bәlkә, siz bu barәdә daha danışmaq istәmirsiniz? Bәlkә,
namәlum qalmağa üstünlük verirsiniz?
– Əsla yox, – deyib gülümsündüm.
Cavan oğlan süfrәyә dana әti gәtirdi.
– Nәylә mәşğulsunuz, işiniz nәdir? – Erter soruşdu.