Page 15 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 15
Qaranlûq dökanlar kö÷ÿsi 15

O, ağır-ağır qalxdı. Hüttenin çәkisi yüz kilodan artıq idi, boyu
isә az qala iki metrә çatırdı.

– Qatar iyirmi iki әlli beşdә tәrpәnir. Biz hәlә adama bir
qәdәh vura da bilәrik...

Onun dalınca dәhlizә keçdim. Qәribә, dairәvi forması olan
dәhlizin rәngi solmuş, sarımtıl divarları vardı. Ağızbaağız dolu
çantası burdaydı – ağzını bağlamaq mümkün olmamışdı. Hütte
onu götürdü. Çantasını qoltuğunun altında, o biri әliylә tutub
aparırdı.

– Başqa әşyalarınız yoxdur?
– Nәyim varsa, baqaja vermişәm.
Hütte qapını açdı, mәn dәhlizin işığını söndürdüm. Çölә
çıxanda dәmir qapını çırpanadәk bir az lәngidi, sonra danqıltısı
ürәyimi qopardı. Bu sәs, hәyatımın böyük bir hissәsinin sonu
demәk idi.
– Adamın ürәyi sıxılır, hә, Gi? – deyә, Hütte dillәndi vә
cibindәn iri burun dәsmalını çıxarıb, alnını sildi.
Qapının üstündә qara mәrmәrdәn kvadrat lövhә dururdu,
üzәrindә parlaq qızılı hәrflәrlә “K.M. Hütte, Özәl Xәfiyyә
Agentliyi” yazılmışdı.
– Qoy qalsın, – dedi vә kilidin içindәki açarı hәrlәdi.
Biz Noel avenyusu ilә Pereyr meydanına tәrәf getdik. Hava
artıq tamam qaralmışdı. Qışın әvvәli olmasına baxmayaraq hava
hәlә ilıq idi. Meydana çatanda “Hortenziya” kafesinin terrasındakı
masalardan birinin arxasında әylәşdik. Hütte bu kafeni sevirdi,
çünki orda köhnә zamanların toxunma stulları vardı.
– Bәs siz nә edәcәksiniz, Gi? – suyla qarışdırılmış konyakdan
bir qurtum alıb, soruşdu.
– Mәn?.. Mәn izә düşüb gedәcәm.
– İzә düşüb gedәcәksiz?
– Hә dә. Keçmişin izinә.
   10   11   12   13   14   15   16   17   18   19   20