Page 14 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 14
Ïàòðèê Ìîäèàíî
bir qolu kәsilib. Vә yer üzündә heç bir kitabxanada bu qәdәr
qiymәtli vә adamı hәyәcana gәtirәn mәlumatlar yoxdur, çünki bu
kitabların sәhifәlәrindә çoxdan yox olmuş insanların sorağını,
izlәrini, onların hәyatı barәdә mәlumatları – yalnız onların danışa
bilәcәyi bütöv bir dünyanın izlәrini tapmaq olar.
– Bu Bottenlәri neylәyәcәksiz? – әlimlә kitab rәflәrinә işarә
edәrәk, Hüttedәn soruşdum.
– Əşşi, heç nә. İstәyirәm bu otaqları özümә saxlayım.
O, kabineti iti bir nәzәrlә süzdü. Qonşu otağa açılan qoşalaylı
qapı taybatay açıq idi; mәn orda nimdaş mәxmәr divan, kamin,
cürbәcür ünvan vә mәlumat kitablarıyla yanaşı Hüttenin üzü
görünәn güzgüyә baxırdım. Müştәrilәr onun qәbuluna gәlәndә,
adәtәn bu otaqda gözlәyirdilәr. Parketә İran xalısı salınmışdı.
Pәncәrәnin yanındakı divardan ikona asılmışdı.
– Nә fikirlәşirsiz, Gi?
– Heç nә... Demәli, bu otaqları saxlamaq fikrindәsiniz?
– Hә. Hәrdәnbir Parisә gәlәsi olsam, istәrdim ki, elә burda qalım.
O, portsiqarını mәnә uzatdı.
– Mәncә, burda heç nәyә toxunmasalar, pis olmazdı.
Biz birlikdә sәkkiz ildәn artıq işlәdik. Hütte 1947-ci ildә bu
özәl xәfiyyә agentliyini özü yaratmışdı vә mәnimlә tapışanadәk
bir xeyli işçi gәlib-getmişdi bura. Biz müştәrilәrimizi, Hütte
demişkәn, “kübar cәmiyyәtin” onları maraqlandıran әhvalatlarının
tәfәrrüatı ilә mәlumatlandırırıq; axı müştәrilәrlә dә elә “kübar
insanlar” kimi davranırıq – bunu tez-tez demәkdәn xoşu gәlirdi.
– Siz elә fikirlәşirsiz ki, Nitsada yaşaya bilәcәksiniz?
– Əlbәttә.
– Darıxmayacaqsınız orda?
Siqaretindәn dәrin bir qullab alıb havaya üfürdü.
– Nә vaxtsa dincәlmәyә getmәk lazımdı da, Gi...