Page 19 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 19
Qaranlûq dökanlar kö÷ÿsi 19

“Kastiliya” otelindә vә bir çox başqa yerlәrdә işlәmişdi, axırda
da gәlib Anatol-de-la-Forj barına çıxmışdı. Amma hara getsә,
Jan Erterlә – indi yanına yollandığımız hәmin o dostu ilә çiyin-
çiyinә çalışmışdı. Zarafat deyil, iyirmi il idi ki, eyni yükü
çәkirdilәr. Erterin dә yaddaşı gözәl idi. İkilikdә mәnim “tapmacamı”
yәqin tapacaqdılar.

Zonahidze maşını ehtiyatla sürürdü vә yolumuz az qala qırx
beş dәqiqә çәkdi.

Bunqalo şәkilli bu pavilyonun sol tәrәfini salxımsöyüd
gizlәyirdi. Sağ tәrәfdә isә sıx әkilmiş kollar bitirdi. Geniş zalın
parlaq işıq yanan dәrinliklәrindәn bizim pişvazımıza bir adam
çıxdı. O, әlini mәnә uzatdı.

– Tanışlığımıza çox şadam, müsyö... Jan Erter.
Sonra Zonahidzeyә tәrәf çöndü:
– Eşq olsun, Pol.
Bizi zalın yuxarı başına keçirdi. Orda üçnәfәrlik masa açılmışdı.
Masanın ortasında güllәr vardı. Erter şüşәli qapılardan birinә
işarә etdi:
– İkinci bunqalonun zalı doludur. Orda toyumuz var.
– Siz heç burda olmusunuz? – Zonahidze mәndәn soruşdu.
– Yox.
– Jan, burdan açılan mәnzәrәni ona göstәr görәk.
Erterin dalınca kiçik gölә açılan eyvana çıxdım. Mәndәn
solda, gölün üstündәn Çin üslubunda, qozbel bir körpü görsәnirdi
– o biri, ikinci bunqaloya aparırdı. Şüşәli qapıların o üzündә
gәnc cütlüklәr gur işıq altında hәrәkәt edirdilәr, rәqs gedirdi.
Ordan gәlәn musiqi sәdaları bizim qulaqlarımıza da çatırdı.
– Burda cәmi bir neçә cütlük var, – dedi. – Qorxuram bu
toyun axırı orgiya ilә başa çatsın...
Çiyinlәrini çәkdi.
   14   15   16   17   18   19   20   21   22   23   24