Page 17 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 17
Qaranlûq dökanlar kö÷ÿsi 17
çözülәsi heç bir ipucu qoymamışdı ki, bir yolla keçmişinә
bağlansın – bunu yalnız bir müddәtdәn sonra öyrәndim. Amma
doğrudan, ağzıaçıq çantasını qoltuğunun altında sıxıb gecәnin
qucağına qәtiyyәtlә addımlayan bu nimdaş paltolu, әldәn düşmüş
qoca ilә keçmiş tennisçi, ağbәniz, gözәl ostzey baronu Konstantin
fon Hütte arasında ümumi nә ola bilәrdi ki?
2
– Alo! Müsyö Pol Zonahidze?
– Bәli.
– Bu, Gi Rolandır... Yadınızdadırsa mәn...
– Əlbәttә, әlbәttә yadımdadı! Görüşә bilәrik?
– Əgәr meyliniz varsa...
– Gәlin, axşam görüşәk... Deyәk ki, saat doqquzda, Anatol-
de-la-Forj barında... Necәdir?
– Danışdıq.
– Sizi gözlәyәcәm. Hәlәlik.
Dәstәyi elә o dәqiqә asdı; hәyәcandan gicgahlarımdan tәr
axırdı. Nömrәni yığmamışdan cәsarәt üçün bir qәdәh konyak
içmişdim. Axı niyә әn boş şeylәr, elә telefonla adi bir zәng dә
mәnim üçün min-bir әzaba, dәrin hәyәcana çevrilir?
Anatol-de-la-Forj barı boş idi, o, piştaxta arxasında durmuşdu,
amma әynindә barmen gödәkçәsi yox, pencәk vardı.
– Nә gözәl alındı, – dedi. – Çәrşәnbә axşamları mәn işlәmirәm.
Yaxınlaşanda әlini çiynimә qoydu.
– Sizin barәnizdә xeyli düşünmüşәm.
– Çox sağ olun.
– Başınıza gәlәnlәr beynimdәn heç cür çıxmır...
Ona demәk istәyirdim ki, mәnim üçün bu qәdәr narahat
olmasın, amma ağzımdan bircә söz belә sıxıb çıxara bilmәdim.