Page 16 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 16
Ïàòðèê Ìîäèàíî

Mәn bunu bir az xüsusi ahәnglә dedim, o da gülümsündü.
– Mәn hәmişә inanırdım ki, siz axırda öz keçmişinizi
tapacaqsınız.
Artıq o, ciddi idi vә bu, mәni tәsirlәndirdi.
– Amma bilirsiz, Gi, mәn özümdәn soruşuram ki, keçmişi
tapmağa dәyәrmi?..
O susdu. Görәsәn nә barәdә düşünürdü? Öz keçmişi barәdә?
– Alın açarı. Hәrdәn baş çәkin ora. Mәnә xoş olar...
Açarı mәnә uzatdı, şalvarımın cibinә soxdum.
– Nitsaya, mәnә zәng elәyin. İstәyirәm xәbәrdar olum... sizin
keçmiş axtarışlarınızdan...
Ayağa qalxıb әlimi sıxdı.
– Sizi ötürüm?
– Yox, yox, istәmirәm... Hәddindәn artıq kәdәrli ritualdır...
Sürәtlә, arxasına baxmadan kafedәn çıxdı vә içimdә nәsә bir
boşluq duydum. Bu insan mәnim üçün çox şey demәk idi. Bilmi-
rәm, o olmasaydı, onun kömәyi olmasaydı, on il qabaq, qәflәtәn
amneziyaya düşüb, sanki qatı duman içindә yaşayanda, başıma
nәlәr gәlәrdi. Mәnim taleyim onu tәsirlәndirmişdi vә geniş
әlaqәlәrindәn istifadә edib, sәnәdlәrimi düzәldә bilmişdi.
– Alın, götürün, – deyib içindә şәxsiyyәt vәsiqәm, pasportum
olan böyük paketi mәnә uzatmışdı. – İndi sizin adınız Gi Rolandır.
Keçmiş hәyatımın şahidlәrini, ya da heç olmasa hәr hansı
izlәrini tapmaq üçün bir mütәxәssis kimi müraciәt etdiyim hәmin
bu xәfiyyә, Hütte bunu deyib әlavә dә etmişdi:
– Əzizim Gi Rolan, bu dәqiqәdәn etibarәn arxaya boylanmaq
qurtardı, siz bugününüz vә sabahınız barәdә düşünәcәksiniz.
Sizә mәnimlә işlәmәyi tәklif edirәm.
Yәqin, içindә mәnә qarşı bu simpatiya ona görә oyanmışdı ki,
onun öz izlәri dә yarımçıq qırılmış, ömrünün bütöv bir parçası
bir anda yox olaraq, heç bir iz-soraq, ilişәsi heç bir mәqam,
   11   12   13   14   15   16   17   18   19   20   21