Page 13 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 13
Qaranlûq dökanlar kö÷ÿsi 13

Rudiyÿ ithaf olunur
Atama ithaf olunur

Mәn heç kimәm. Bu axşam kafenin terrasında, sadәcә, boz

bir siluetәm. Hütte tәzә getmişdi ki, göydәn yağış tökdü – әsl
leysan – mәn dә onun bitmәsini gözlәyәsi oldum.

Bir neçә saat qabaq Hütteylә biz sonuncu dәfә agentlikdә
görüşdük. O, hәmişәki kimi yekә yazı masasının arxasında
oturmuşdu, amma paltosunu çıxarmamışdı deyә, getmәyә
hazırlaşdığı hiss olunurdu. Onunla üzbәüz, müştәrilәr üçün
nәzәrdә tutulmuş dәri kresloda oturmuşdum. Opal abajurlu
lampanın parlaq işığı düz gözümә vururdu.

– Hә, Gi... Bu da sonu... – Hütte köksünü ötürdü.
Masanın üstündә bir qovluq qalmışdı. Bәlkә dә arvadına göz
qoymağı bizә tapşıran çaşqın baxışlı, şişkin sifәtli hәmin o qarasaç
tösbәrәyin işiydi içindә. O qadın günün ikinci yarısı Pol-Dumer
avenyusu yaxınlığında, Vital küçәsindәki ucuz mehmanxanaların
birindә başqa bir qarasaç, şişkinsifәt tösbәrәklә görüşürdü.
Hütte qısa vurulmuş çallaşan saqqalını dalğın-dalğın sığallayırdı.
Açıqrәngli iri gözlәrindәn çarәsizlik yağırdı. Masanın sol tәrәfindә,
işlәyәrkәn әylәşdiyi toxunma stul vardı. Hüttenin arxasındakı
divarın az qala yarısını, içindә Bottenin illik mәlumat topluları,
son әlli ilin telefon vә digәr bilgi kitablarıyla dolu, tünd rәngli
ağacdan düzәldilmiş kitab rәflәri tuturdu. Hütte mәnә tez-tez
deyirdi ki, bunlar onun әvәzsiz kömәkçilәridir – onlarsız elә bil
   8   9   10   11   12   13   14   15   16   17   18