Page 102 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 102
Ïàòðèê Ìîäèàíî

Ayağa qalxdı, balaca tәkәrli masanı divanın yanına sürdü. Üst
mәcmәyidә büllur qapaqlı, üzәrindәki zәncirdәn likörun adı cı-
zılmış gümüş lövhәlәr asılan qrafinlәr vardı – buna bәnzәr löv-
hәlәri Vermaxtın musiqiçilәri boyunlarından asırdılar.

– Mәndә yalnız likör olur... Etiraz etmirsiniz ki?
– Qәtiyyәn.
– Mәn “Mari Brizar” içәcәm... bәs siz?
– Elә mәn dә.
O, “Mari-Brizar”ı dar qәdәhlәrә süzdü, dadına baxdım vә
likörun ürәk vuran şipşirin dadı hәmin bu çәhrayı atlas, fil dişi vә
әtrafımdakı bütün ürәkbulandırıcı qızılı şeylәrә qarışıb düz içimdә
birlәşdi. Bu likör otağın bütün ruhunu tәcәssüm etdirirdi.
– Mәnim o dostumu... Roma küçәsindәn olanı... öldürdülәr...
O, sonuncu sözünü gözgörәsi bir әzabla tәlәffüz etdi vә yәqin
ki, bu sözü yalnız mәnim xәtrimә demişdi, yoxsa ömründә riskә
gedib, belә konkret ifadә etmәzdi içindәkini.
– O, yunan idi... Misirdәn... İki kitab yazmışdı... bir dә şeirlәr...
– Siz düşünürsünüz ki, Deniz Kudrez onu tanıyırdı?
– Nә bilim... amma yәqin pillәkәndә-zadda görüşmüşdülәr, –
bunu bir az әsәbi tәrzdә dedi, çünki onun üçün bunun artıq heç
bir әhәmiyyәti yox idi.
– Bu... elә evdә baş vermişdi?
– Hә.
– Deniz Kudrez hәlә yaşayırdı orda?
O heç mәnim sualımı eşitmәdi.
– Gecә olmuşdu... Kimsә gәlibmiş yanına... Əşşi, kimi desәn,
buraxırdı içәri...
– Qatili tapdılar?
Çiyinlәrini çәkdi:
– Belә qatillәr heç vaxt tapılmır... Mәn әmin idim ki, gec-tez
belә bir şey baş verәcәkdi... Görәydiniz, axşamlar necә tiplәr
gәlirdi yanına... Mәn gündüz dә qorxurdum onlardan.
   97   98   99   100   101   102   103   104   105   106   107