Page 106 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 106
Ïàòðèê Ìîäèàíî

– Mәn sizә onun iki-üç şәklini dә verәcәm...
– Onları saxlamaq istәmirsiniz?
– Yox-yox! Narahat olmayın... Mәndә nә qәdәr desәniz, var...
Bütün neqativlәr dә durur!
İstәdim ondan xahiş edim ki, mәnim üçün Deniz Kudrezin bir
neçә şәklini çıxarsın, amma cәsarәt etmәdim.
– Çox sağ olun.
– Pәncәrәdәn baxdınız? Əla mәnzәrәdir, elә deyil? Fikirlәşәndә
ki, Alekin qatili... hardasa, ordadır... adam halbahal olur...
Əlinin arxasıyla şüşәdә Parisin burdan görünәn konturlarını
cızdı.
– İndi, yәqin, o lap qocadır... eybәcәr, saçlarını qaraltmış bir
qoca...
O, büzüşәrәk pәncәrәnin çәhrayı atlas pәrdәsini çәkdi.
– Mәn bu haqda fikirlәşmәmәyә üstünlük verirәm.
– Mәnim getmәk vaxtımdır, – dedim. – Şәkillәrә görә bir dә
sağ olun.
– Siz gedirsiniz? Bәlkә bir qurtum da “Mari Brizar”?
– Yox, sağ olun.
Divarlarına tünd-göy mәxmәr çәkilmiş vә üstündә büllur
silsilәlәri olan bralarla işıqlanan dәhlizlә mәni arxa pillәkәnә
açılan qapıya kimi ötürdü. Qapının yanında, divardan oval
çәrçivәdә bir kişi şәkli asılmışdı. Gözәl, tәsirli sifәti vә xәyalpәrvәr
baxışları olan sarışın bir kişiydi.
– Riçard Uoll. Amerikalı dostumdur... Onu da öldürüblәr... –
Elә bil beli bükülmüşdü, susub durdu. – Başqalarını da... Sayı-
hesabı yoxdur, – deyә pıçıldadı, – lap çoxdurlar... Əgәr saysaydım...
Bütün ölülәri...
O, qapını açdı. Elә bәdbәxt görkәmi vardı ki, qucaqladım onu.
– Bunları unudun, dostum... Çıxarın beyninizdәn...
– Siz yenә baş çәkәcәksiz mәnә? Yaman tәkәm... Hәm dә
qorxuram...
   101   102   103   104   105   106   107   108   109   110   111