Page 104 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 104
Ïàòðèê Ìîäèàíî

Öz xatirәlәrini danışdıqca onun sәsi xatırladıqlarından titrәdi
vә mәn Deniz haqda düşüncәlәrimә qәrq olsam da, bu tükürpәrdici,
qәzәbli, eyni zamanda şikayәtli sәsdәn içimdә qәribә bir hissiyyat
oyandı – onu izah edә bilmәsәm dә, özümә çox dәqiq vә adi
gәlirdi – o, qәlbinin dәrinliklәrindә dostunun aqibәtinә hәsәd
aparır, bozgözlü adamın onun özünü niyә öldürmәdiyinә qәzәblәnirdi.

– O hәlә sağdır. Vә yenә dә burda, Parisdәdir... Kimsә dedi
mәnә... Tәbii ki, artıq mәlәksifәt deyil... Onun sәsinә qulaq
asmaq istәyirsiniz?

Mәn bu qәribә suala cavab vermәyә macal tapmamış o artıq
telefonu yanımızdakı qırmızı dәri kәtilin üstünә qoydu, nömrәni
yığdı. Sonra dәstәyi mәnә uzatdı.

– İndi eşidәcәksiniz onu... Gözlәyin... O özünü “Mavi kavaler”
adlandırır...

Əvvәlcә qısa çağırış sәslәri eşidirәm – bu o demәkdir ki, xәtt
mәşğuldur. Sonra qısa siqnallar arasında qırıq-qırıq ifadәlәr deyәn
kişi vә qadın sәslәri eşitmәyә başladım: “Moris vә Jozi Renedәn
zәng vurmasını xahiş edirlәr... Lüsyün Jannonu Konvent küçәsindә
gözlәyir... Madam dü Barri özünә ortaq axtarır... Alkiviad bu
axşam boşdur...”

Onların arasında bütöv dialoq baş verir, kәsik-kәsik siqnalların
üstәlәmәsinә baxmayaraq, sәslәr bir-birini axtarmağa davam edir.
Sifәti olmayan bütün bu mәxluqlar telefon, ya da parol mübadilәsi
apararaq, görüşmәk istәyirdilәr. Nәhayәt, hardasa lap uzaqdan
bir sәs gәldi:

– “Mavi kavaler” bu axşam boşdur... Bu axşam “Mavi kavaler”
boşdur... Telefon nömrәsi verin... Telefon nömrәsini verin...

– Nә oldu? – Mansur soruşdu. – Eşidirsiniz? Siz eşidә
bilirsiniz?

O, üzünü mәnә yaxınlaşdırıb, telefonun dәstәyinә sıxıldı.
– Mәnim yığdığım nömrә artıq çoxdan kimsәyә mәxsus deyil.
Onlar başa düşüb ki, bu yolla danışa bilәrlәr.
   99   100   101   102   103   104   105   106   107   108   109