Page 105 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 105
Qaranlûq dökanlar kö÷ÿsi 105

O, sәsini kәsdi ki, “Mavi kavalerin” sәsini yaxşı eşidә bilsin
vә mәn düşündüm: bu sәslәr o dünyadan gәlir, çoxdan yoxa
çıxmış adamlara mәxsus idi, – bir-birinә yalnız mövcud olmayan
telefonla cavab verә bilәn sәrgәrdan sәslәr.

– Dәhşәtdir... dәhşәt... – deyә, dәstәyi qulağına sıxıb tәkrar
edirdi. – Qatil... Eşidirsiz onu?..

Cәld telefonun düymәsini basdı. Tәr içindәydi.
– Mәn sizә bu alçağın öldürdüyü dostumun şәklini göstәrәcәm...
Çalışacam sizin üçün “Lövbәrdә durmuş gәmi” romanını tapım...
Siz onu mütlәq oxumalısınız...
O, ayağa qalxıb qonaq otağından çәhrayı atlas pәrdәlәrlә
ayrılmış yataq otağına keçdi, – onların arxasında üstünә lama
dәrisi salınmış alçaq çarpayı görünürdü.
Mәn pәncәrәyә yaxınlaşıb aşağı baxdım – Monmartr funiku-
lyorunun relslәrinә, Sakre-Ker bağlarına vә batan Parisә, onun
işıqlarına, damlarına, kölgәlәrinә baxdım. Küçә vә bulvarların
bu labirintindә nә vaxtsa Deniz Kudrezlә görüşmüşük. Parisi bu
başından o başına dәlib keçәn saysız-hesabsız yollar arasında
bizim yollarımız kәsişmişdi, necә ki, min-min insan bu şәhәrin
küçәlәriylә nәhәng bir bilyardın min-min şarı kimi hәrәkәt edir
vә hәrdәn toqquşur. Amma bu görüşdәn heç nә qalmayıb, hәtta
işıldaquşun öz arxasınca buraxdığı işıqlı bir iz belә...
Mansur nәfәsi kәsilә-kәsilә, çәhrayı pәrdәlәrin arasında
göründü. Əlindә kitab vә fotoşәkillәr vardı.
– Mәn tapdım! Tapdım!
O, sevincdәn alışıb-yanırdı. Yәqin, qorxurmuş ki, bu qiymәtli
tәbәrrüklәr itmiş ola. Üzbәüz oturub, kitabı mәnә uzatdı.
– Budur... O, mәnim üçün çox qiymәtlidir, amma sizә müvәqqәti
verәrәm... Onu mütlәq oxumalısınız... Əla kitabdır! Hәr şeyi
qabaqcadan görürmüş! Alek öz ölümünü yazıb...
Onun әhvalı yenә korlandı.
   100   101   102   103   104   105   106   107   108   109   110