Page 110 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 110
Ïàòðèê Ìîäèàíî

“Obyekt: DE VREDE, Oleq. OTEY 54-73.
Bu adı daşıyan insanı tapmaq hәlәlik mümkün olmayıb. Ola
bilәr ki, de Vrede ya tәxәllüs, ya da uydurma addır. Onun Fransada
qısa müddәt yaşamış xarici vәtәndaş olmasını istisna etmәk olmaz.
Telefon nömrәsi OTEY 54-73. 1952-ci ildәn lәğv edilib.
1942-ci ildәn 1952-ci ilәdәk keçәn on il әrzindә o “KOMETA”
QARAJINA mәxsus olub, Fuko küçәsi 5, Paris (16).
Qaraj 1952-ci ildә qapanıb, onun yerindә tezliklә kirayәlik
binalar inşa edilәcәk”.

Bu vәrәqә bir kiçik mәktub әlavә edilib:

“Əziz dost, öyrәnә bildiklәrim bunlardan ibarәtdir. Əgәr sizә
yenә hansısa mәlumat lazım olsa, utanmadan yazın. Hüttedәn
böyük salam.

Sizin Jan-Pyer Bernardi”.

24

Görәsәn, niyә bu buldoqsifәtli yekәqarın Skuffi mәnim
pozulmuş yaddaşımda başqalarından daha tez-tez canlanır? Bәlkә
ağ kostyumuna görәdir? Parlaq lәkә dumanın arasından keçib
gәlir, eynәn tranzistorun dalğasını tәnzimlәyәrkәn orkestrin avazı
başqa sәs-küy, xırıltı arasından keçәn kimi...

Onun kostyumunun bәyaz lәkәsini vә başlıqlı çәliyinin pillәkәndә
çaqqıltısını mәn xatırlayıram. Hәr meydançada ayaq saxlayırdı.
Hәrdәn Denizin yanına qalxanda, onunla üz-üzә gәlirdim. Mis
mәhәccәri, qum rәngli divarları, ikilaylı, tünd rәngli mәnzil
qapılarını aydın görürәm. Mәrtәbәlәrdәki lampaların işığı,
qaranlıqdan üzüb çıxan sifәti, kәdәrli vә yumşaq buldoq gözlәri...
Mәnә hәtta elә gәlir ki, yanımdan keçәndә salam da verdi.

Roma küçәsiylә Batinyol bulvarının kәsişmәsindәki kafe.
Yayda masalar düz sәkinin üstünә qoyulur vә mәn onların birinә
   105   106   107   108   109   110   111   112   113   114   115