Page 108 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 108
Ïàòðèê Ìîäèàíî

Amma yadımdadır ki, günortadan sonra Versal parkında gәzi-
şir, qızla birlikdә qayığa minirdik. Gün işığının sudan әks edib,
adamın gözünü qamaşdıran işıq lәkәlәri yadımdadır. Deniz gün
eynәyini mәnә verdi.

Sonra biz talvarın altındakı girdә masada oturduq vә qız yaşıl,
çәhrayı dondurma yedi. Ətrafımızda bir xeyli yay paltarları
geymiş adamlar vardı. Orkestr çalırdı. Biz qızı evlәrinә axşamdan
xeyli keçmiş gәtirdik. Gedәndә yarmarka görüb nәdәnsә düşdük...

Mәn alatoranda bomboş küçә görürәm, Deniz arxasınca
gözqamaşdıran qığılcımlar buraxan bәnövşәyi skuterdәydi. Onlar
gülürdülәr vә qız mәnә әl elәyirdi. Kim idi o qız?

22

O axşam Agentlikdә mәn Mansurun verdiyi fotoşәkillәri ana-
liz edirdim.

Divanda üzәrindә gül tikmәli ipәk ev xalatı olan kök kişi
oturub. Sağ әlindә, baş vә şәhadәt barmaqları arasında müştük
var. Sol әliylә dizinin üstündәki kitabın sәhifәlәrini tutub. Keçәldir,
qalın qaşları var, gözlәri aşağı dikilib. Oxuyur. İlk baxışdan onu
şәrqliyә oxşadan şişkin üzündә; qısa, әtli burnunda, ağzının acı
әyrisindә buldoqdan nәsә var. Başının üstündә ağacdan yonulmuş
mәlәk var – hәmin o mәlәk ki, jurnalın üz qabığında Deniz
Kudrezin arxasında görmüşdüm.

İkinci şәkildә o, ayaq üstә, ağ kostyumda çәkilib. İkiyanlı
pencәk, mil-mil köynәk, tünd qalstuk. Sol әlindә ağır başlığı
olan çәlik tutub. Sağ әli dirsәyindәn bükülüdür, ovcu yuxarı ba-
xır vә bu, ona әdabaz bir görkәm verir. Dümdüz durub, sanki
barmaqlarının üstündәdir. Ayaqqabıları ağ-qaradır. Tәdricәn fo-
todan çıxır, canlanır vә mәn onun bulvardakı ağacların altıyla
axsaya-axsaya necә getdiyini görürәm.
   103   104   105   106   107   108   109   110   111   112   113