Page 109 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 109
aranlûq dökanlar kö÷ÿsi 109
23

“7 noyabr 1965.
Obyekt: SKUFFİ, Aleksandr.
Tәvәllüd tarixi: İskәndәriyyә (Misir), 28 aprel 1885-ci il.
Vәtәndaşlığı: yunan
Aleksandr Skuffi ilk dәfә Fransaya 1920-ci ildә gәlib.
Aşağıdakı ünvanlarda yaşayıb:
Neapol küçәsi, 26, Paris (8);
Bern küçәsi, 11, Paris (8), ucuz mehmanxana;
“Çikaqo” hoteli, Roma küçәsi, 99, Paris (17);
Roma küçәsi, 97, Paris (17), 6-cı mәrtәbә.

Skuffi yazar olub, onun qәlәmindәn çoxlu jurnal mәqalәlәri,
müxtәlif janrlarda şeirlәr vә iki roman çıxıb “Qızıl balıq”
pansionu” vә “Lövbәr atmış gәmi”.

O, hәm dә vokal sәnәtinә yiyәlәnib vә peşәkar ifaçı olmasa
da, “Pleyel” zalında vә Brüsseldәki “La Monne” teatrında çıxış
edib. Parisdә Skuffi әxlaq polisinin nәzarәti altına düşüb. Onun
ölkәdәn arzuolunmaz şәxs kimi sürgünü mәsәlәsinә dә baxılıb.

Skuffi 1924-cü ilin noyabrında Neapol küçәsi 26 ünvanda
yaşayarkәn yeniyetmәni yoldan çıxarmasına cәhddә şübhәli
bilinәrәk polis tәrәfindәn istintaqa cәlb olunub.

1930-cu ilin noyabrından 1931-ci ilin sentyabrınadәk “Çikaqo”
hotelindә (Roma küçәsi 99) Versaldakı Sәkkizinci mühәndis
alayının әsgәri, iyirmi yaşlı Pyer D. ilә birgә yaşayıb. Görünür,
Skuffi Monmartrdakı spesifik tәsisatlara tez-tez baş çәkirmiş.
Skuffinin Misirdәki, atasından miras qalmış torpaq sahәlәrindәn
külli miqdarda gәliri vardı.

Roma küçәsi 97-dә yerlәşәn mәnzilindә öldürülüb.
Qatil tapılmayıb”.
   104   105   106   107   108   109   110   111   112   113   114