Page 113 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 113
Qaranlûq dökanlar kö÷ÿsi 113
o zamanlar işıqlandırma müxtәlif idi vә havada nәsә başqa bir
ruh pәrvazlanırdı...
Biz elә eyni yolla qayıdırdıq. Tez-tez mәhәllәmizdәki kinoteatra
gedirdik – onu tapdım: “Ruayal-Vilye”, Levis meydanında.
Meydan, skamyalar, afişa dirәyi vә ağaclar bu yerlәri tanımağa
kinoteatrın fasadından çox kömәk etdi.
Əgәr onda baxdığımız filmlәri yadıma sala bilsәydim, hansı
illәr olduğunu da tapardım, lakin mәnim yaddaşımda yalnız solğun
obrazlar qalıb. Qarla sürüşәn xizәklәr. Gәmidә kayut, içәri
smokinqli kişi girir, şüşә qapının o üzündә rәqs edәnlәrin silueti...
Biz Roma küçәsinә qayıdırıq. Dünәn axşam onu doxsan
yeddinci evә kimi gәzdim vә mәnә elә gәlir ki, barmaqlıqları,
relslәri, bir az da o üzdә evlәrdәn birinin divarını gizlәyәn, o
vaxtlardan bәri rәnglәri yәqin ki, solmuş “DÜBONNE” reklamlarını
görәndә o zamanlardakı kimi, hәyәcanlı bir qorxu yaşadım.
“Çikaqo” hoteli – nömrә 99 – bura artıq “Çikaqo” hoteli
deyil, lakin portyenin kontorkasında oturanlardan kimsә mәnә
deyә bilmәdi ki, onun adını nә vaxt dәyişiblәr. Amma bunun elә
bir әhәmiyyәti dә yoxdur.
Doxsan yeddi nömrәli ev uzun bir binadır. Əgәr Skuffi
yeddinci mәrtәbәdә yaşayırdısa, Denizin onun altında olan mәnzili
beşinci mәrtәbәyә düşür. Soldan, yoxsa, sağdan? Fasad boyu hәr
mәrtәbәdә azı on iki pәncәrә var, orda yәqin mәrtәbәyә iki-üç
mәnzil düşür. Mәn bu binaya uzun-uzadı baxıram – eyvanından,
pәncәrәlәrinin, ya da taxtalarının formasından tanımaq ümidiylә
baxıram. Amma burda heç bir şey mәnim yaddaşımı oyatmır. Elә
pillәkәn dә. Mәhәccәrlәr әvvәlki deyil, mәnim yaddaşımı daha
mis parıltısıyla işıqlatmır. Mәnzillәrin qapısı tünd rәngli ağacdan
deyil. Ən başlıcası isә pillәkәndә yanan işıq özünün köhnә
dumanından – o dumandan ki, arasından Skuffinin sirli buldoq
sifәti zühur edirdi – mәhrum olub. Konsyerj qadından soruşmağın