Page 117 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 117
Qaranlûq dökanlar kö÷ÿsi 117

keçmәk, vәssalam – çatdım. Ruayal küçәsi. Mәn sağa, Sent-
Onoreyә dönürәm. Solda Kambon küçәsidir.

Kambon küçәsindә bircә işıq da gözә dәymir, yalnız bәnövşәyi
bir sayrışma var, yәqin, hansısa vitrindәn gәlәn işıqdır. Addımlarımın
әks-sәdasını eşidirәm. Mәn tәkәm. Vә içimә yenә qorxu dolur,
hәmin o qorxu ki, hәr dәfә Mirabo küçәsiylә aşağı enәndә yaşa-
yırdım, – mәni görәcәklәrindәn, saxlayıb sәnәd tәlәb edәcәklәrindәn
keçirdiyim qorxu. Adamı yandırardı – mәqsәdә cәmi qırx-әlli
metr qalmış. Amma qaçma. Sakit, müntәzәm addımlarla yeri.

“Kastiliya” hoteli. Mәn qapını açıram. Kontorka arxasında
kimsә yoxdur. Kiçik qonaq otağına keçirәm ki, nәfәsimi dәrim,
üzümün tәrini silim. Bu gecә mәn yenә tәhlükәdәn qurtuldum.
Yuxarıda mәni o gözlәyir. Tәk o gözlәyir mәni, bu şәhәrdә
itmәyimdәn tәk o, xәbәr tutardı.

Solğun-yaşıl divarları olan nömrә. Qırmızı pәrdәlәr örtülüdür.
Çarpayının sol yanında gecә işığı yanır. Ətirinin ağır qoxusunu
duyuram vә dәrisindәki çillәrdәn, sağ böyründәki xaldan başqa
heç nә görmürәm.

26

Tәxminәn yeddi üçün oğluyla çimәrlikdәn qayıdır – o әn çox
günün bu saatını sevir. Oğlanın әlindәn tutmuşdu, ya da uşaq
irәlidә qaçırdı.

Küçә kimsәsiz idi, sәkidәn günәşin son şüaları sürüşüb keçirdi.
Onlar tağların boyunca gedirdilәr vә oğlan hәr dәfә “Kraliça
Astridin yanında” adlanan şirni dükanına çatanda dururdu. O isә
kitab dükanının vitrinlәrinә baxırdı.

Hәmin axşam onun diqqәtini vitrinә qoyulmuş bir kitab cәlb
etdi. Yaqut rәngli hәrflәrlә yazılmış başlıqda “Kastiliya” sözü
vardı vә o, oğlunun әlindәn möhkәm tutub, tağların altıyla ge-
dәrkәn, uşaq şәnlәnir, sәkini şırımlayan günәş şüalarının üstündәn
   112   113   114   115   116   117   118   119   120   121   122