Page 120 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 120
Ïàòðèê Ìîäèàíî
Pedronun başına nә gәldi, görәsәn? O istәyirdi ki, çox illәr
qabaq, cәmi iki dәfә gördüyü bu adam özünü onun kimi sakit,
hüzur içindә hiss etsin – hәmin bu sakit yay axşamında sәkiyә
düşәn sonuncu günәş şüalarının üstündәn oyan-buyana atılan
uşağın әlindәn tutub gәzmәyә çıxararkәn necә sakit vә xoşbәxtdirsә,
o da eynәn elә olsun.
27
“Əzizim Gi, mәktubunuza görә tәşәkkür edirәm Sizә. Nitsada
çox yaxşıdır mәnim üçün. Lonşan küçәsindәki köhnә rus kilsәsini
tapdım, uşaq vaxtı nәnәm mәni tez-tez ora aparardı. Bu hәmin il
baş vermişdi ki, mәn İsveç kralı Qustav kimi tennis oynamağa
girişmişdim... Nitsada hәr künc-bucaq mәnә uşaqlığımı xatırladır.
Bu rus kilsәsindә içindә şüşәli kitab şkafları olan bir otaq var.
Ortada bilyard masasına bәnzәyәn böyük stol vә yekә kreslolar
durub. Hәr çәrşәnbә axşamı nәnәm bura kitab dalınca gәlirdi,
mәn dә ona qoşulurdum.
Kitablar 19-cu әsrin axırlarına aid idi. Elә otağın özündә dә
hәmin dövrün qiraәtxanalarının bir cәlbedici havası duyulur.
Mәn orda vaxtımın çoxunu rus dilindә kitabların mütaliәsinә sәrf
edirәm, baxmayaraq ki, artıq bu dili bir balaca unutmuşam.
Kilsә boyu hündür palmalar, evkaliptlәr bitәn bağ uzanır. Vә
bu tropik ağaclar arasında qәflәtәn gümüşü gövdәli tozağacı
peyda olur. Mәncә, onu burda әkiblәr ki, bizim uzaq Rusiyanı
daim yadımıza salsın.
Əzizim Gi, Sizә necә etiraf edim ki, istәyirәm mәni bura
kitabxanaçı tәyin etsinlәr? Əgәr alınsa, – mәn buna çox ümid
edirәm, – Sizi uşaqlığımı keçirdiyim yerlәrdә qәbul etmәyә çox
şad olacam.
Taleyin oyunlarından sonra (özәl detektiv işlәdiyimi keşişә
söylәmәyә cәsarәtim çatmadı) mәn bura, öz kökümә dönmüşәm.