Page 116 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 116
Ïàòðèê Ìîäèàíî

Vә mәn әminәm ki, Mirabo küçәsiylә gedirdim – elә düz,
qaranlıq vә kimsәsiz idi ki, kiminsә diqqәtini cәlb etmәkdәn
çәkinәrәk, addımlarımı sürәtlәndirirdim, çünki küçәdә mәndәn
başqa bircә nәfәr dә gözә dәymirdi. Aşağıda, Versal avenyunun
tinindә kafenin pәncәrәlәrindәn hәlә işıq gәlirdi.

Hәrdәn Oteyin sakit küçәlәriylә әks-istiqamәtdә dә gәlirdim.
Orda özümü tәhlükәsiz hiss edirdim. Axırda Myüett şosesinә
çıxırdım. Emil-Ojye bulvarındakı uca evlәr vә sağdakı, döndüyüm
küçә yadımdadı. Birinci mәrtәbәdәki, diş hәkimlәrinin kabinetindәki
kimi tutqun şüşәli pәncәrә hәmişә işıqlı olurdu. Deniz mәni bir
az o tәrәfdә gözlәyirdi – rus restoranında.

Mәn elә hey barları, restoranları sadalayıram, lakin әgәr heç
olmasa hәrdәnbir küçәlәrin adı yazılmış lövhәlәr, ya da işıqlı
tablodan-zaddan çıxmasaydı qarşıma, yolu necә tapardım?

Restoranın bir böyrü divarlarla әhatә olunmuş bağ idi. Orda,
qapıdan divarlarına qırmızı mәxmәr çәkilmiş zal görünürdü. Biz
bağdakı masa arxasına keçәndә, hava hәlә lap işıqlı idi. Musiqiçi
sitrada çalırdı. Bu alәtin sәsi, bağın yamyaşıl alatoranlığı,
yarpaqların, yәqin, Bulon meşәsindәn gәlәn rayihәsi... – meşә
lap yaxında idi, – bütün bunları da bir sirr vә kәdәr pәrdәsi öz
içindә gömürdü. Mәn o rus restoranını tapmağa çalışırdım.
Alınmadı. Mirabo küçәsinin özü heç dәyişmәyib. Missiyada
axşamdan xeyli keçәnәdәk oturduğum vaxtlarda Versal avenyusuyla
qayıdırdım. Metroya da enә bilәrdim, amma tәmiz havada getmәyә
üstünlük verirdim. Passi, sahil küçәsi. Birhakeym körpüsü. Sonra
bu yaxınlarda Uoldo Blantla keçdiyimiz Nyu-York avenyu –
mәn indi başa düşürәm ki, onda niyә ürәyim sıxıldı. Özüm dә
bilmәdәn köhnә izimә düşüb gedirdim. Nyu-York avenyudan
neçә dәfә getmişәm... Alma meydanı, birinci vahә. Sonra ağaclar
vә Kraliça xiyabanının tәravәti. Qalır bircә hәmrәylik meydanını
   111   112   113   114   115   116   117   118   119   120   121