Page 119 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 119
Qaranlûq dökanlar kö÷ÿsi 119
Pedro burda qadınla yaşayır. Vә yenә düşündü ki, Pedronun da,
hәmin qadının da burdakı vәziyyәti, yәqin, heç ürәkaçan deyil.
Artıq yenә bayaqkı kimi uzanmış Pedro növbәti siqaretini
çәkirdi. Görünür, ona inanmışdı deyә, dillәndi:
– Mәn küçәyә getdikcә daha gec-gec çıxa bilirәm... – Vә
hәtta bunu da әlavә etdi: – Bәzәn elә qorxuram ki, bütün günü
yatağımdan qalxmıram...
Neçә illәr keçib, lakin Pedronun boğuq sәslә ona dediyi bu
sözlәri hәlә dә eşidir. O vaxt hәmin sözlәrinә bir cavab tapa
bilmәmişdi. Vәziyyәtdәn ümumi bir söz demәklә çıxmışdı,
mәsәlәn, buna bәnzәr bir söz: “Hәr halda çox qәribә zamanda
yaşayırıq”.
Onda Pedro birdәn belә demişdi:
– Deyәsәn, mәn Fransadan getmәk üçün üsul tapmışam...
Pulun olanda, hәr şey mümkündür...
O xatırladı ki, pәncәrәnin o üzündә yağış damlalarına bәnzәr
xırdaca qar dәnәlәri havada cövlan edirdi... Vә hәm yağan qardan,
hәm zülmәt gecәdәn, hәm dar otaqdan nәfәsi tәngimişdi. Pulun
olsa belә, harasa qaçmaq mümkündür ki?
– Hә, – deyә Pedro pıçıldadı. – Mәnim Portuqaliyaya çıxmaq
imkanım var... İsveçrә vasitәsilә...
“Portuqaliya” sözünü eşidәn kimi, tәsәvvüründә yamyaşıl
okean, günәş, günlüyün altında oturub, samanla sümürdüyün
oranjad canlandı. Kim bilir, bәlkә dә o an düşünmüşdü ki, nә
vaxtsa Pedro ilә yayda, Lissabon, ya da Eştoril kafelәrinin birindә
görüşәcәk... Sifonun dәstәsini saymazyana basıb, özümüzә selter
suyu süzәcәyik... Vә onda “Kastiliya”nın miskin otağı, qar,
zülmәt, Parisin cansıxıcı qışı vә birtәhәr can qurtarmaq üçün
girişdiyimiz daş-qaş alveri çox uzaqlarda qalacaq... Gedәrkәn,
Pedroya dedi: “Əliniz gәtirsin”.