Page 123 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 123
Qaranlûq dökanlar kö÷ÿsi 123

Ünvan: Qaranlıq Dükanlar küçәsi, 2, Roma (İtaliya).
Peşәsi: dәllal.
Müsyö Cimmi Pedro Stern 1940-cı ildә yoxa çıxıb”.

30

“Obyekt: MAKEVOY, Pedro.
Müsyö Pedro Makevoy barәdә hәr hansı bir mәlumat әldә
etmәk çox çәtin oldu – hәm polis prefekturasında, hәm dә
ünvanlar bürosunda.
Bizә xәbәr verdilәr ki, Dominikan Respublikasının tәbәәsi
olan Pedro Makevoy adlı bir nәfәr Parisdә, Dominikan diplomatik
missiyasında çalışıb vә 1940-cı ilin dekabrında Jülyen-Poten
bulvarı 9-da, Ney-sür-Sendә yaşayıb.
Daha sonralara aid izlәr tapmaq mümkün olmadı.
Belә bir nәticә hasil olur ki, Pedro Makevoy Fransanı sonuncu
müharibә zamanı tәrk edib.
Çox mümkündür ki, bu şәxs başqalarının adından, yaxud
saxta sәnәdlәrdәn istifadә edib – belә hallar hәmin illәrdә geniş
yayılmışdı”.

31

Denizin ad günü. Hәmin o qış axşamı Parisdә qar yağırdı,
amma elә o dәqiqә әriyib palçığa çevrilirdi. İnsanları metro udur,
onlar küçәlәrlә tәlәsik addımlayırdılar. Fobur-Sent-Onorenin vit-
rinlәri alışıb-yanırdı. Milad yaxınlaşırdı.

Zәrgәr dükanına girdim – o insanın üzünü indi dә aydın
görürәm. Saqqalını, eynәyinin boz şüşәlәrini. Denizә üzük aldım.
Mağazadan çıxanda qar elә bayaqkı kimi yağırdı. Qorxdum, birdәn
Deniz görüşә gәlmәz vә onda ilk dәfә ağlıma gәldi ki, bu şәhәrdә,
tәlәsik yürüyәn bu kölgәlәr arasında bir-birimizi itirә dә bilәrik.
   118   119   120   121   122   123   124   125   126   127   128