Page 127 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 127
Qaranlûq dökanlar kö÷ÿsi 127

Necә istәrdim hәr şeyi bilim, amma o, görünür, bu barәdә
açıq danışmağa cәsarәt etmirdi.

– Mәn... Mәn Jivernidә yaşayıram... Uaza Departamentindә...
– dedi. – Nadir hallarda... bura, Parisә nadir hallarda gәlirәm...
Nәsә içirsәn, Pedro?

– “Mari Brizar”.
– Olar. Mәn dә.
O, likörü qәdәhlәrә tәlәsmәdәn, özü süzdü vә mәn fikirlәşdim
ki, vaxtı bilә-bilә uzadır.
– Pedro... Onda nә oldu axı?
– Nә vaxt?
Qәdәhi birdәfәyә boşaltdı.
– Denizlә siz İsveçrә sәrhәdini keçmәyә cәhd edәndә.
Ona nә cavab verә bilәrdim axı?
– Biz sizdәn heç bir xәbәr-әtәr almadıq. Freddi çox nigaran
qalmışdı... – O qәdәhini yenә doldurdu. – Biz fikirlәşdik ki,
yәqin qarda azmısınız...
– Nigaran qalmağa dәymәzdi, – dedim.
– Bәs Deniz necә oldu?
Çiyinlәrimi çәkdim.
– Denizi yaxşı xatırlayırsınız? – deyә soruşdum.
– Sәn nә danışırsan, Pedro, әlbәttә... Niyә mәnә “siz” deyә
müraciәt edirsәn?
– Bağışla, dost, – dedim. – Son zamanlar nәsә birtәhәrәm... O
illәri xatırlamağa çalışıram... Amma hәr şey elә bil duman
içindәdir...
– Başa düşürәm. Çoxdan olub axı... Freddinin toyu yadındadır?
O gülümsündü.
– O qәdәr yox.
– Nitsada... Geylә evlәnәndә...
– Gey Orlova ilә?
   122   123   124   125   126   127   128   129   130   131   132