Page 132 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 132
Ïàòðèê Ìîäèàíî

– Hәr halda qәribә ideya idi – Mejevә yollanmaq, elәdir? –
riskә getdim.

– Niyә qәribәdir ki? Başqa cür elәyә bilmәzdik...
– Sәnә elә gәlir?
– Ora etibarlı yer idi... Paris çox tәhlükәli olurdu...
– Sәn doğrudan belә fikirlәşirsәn?
– Yadına sal da, Pedro... Dalbadal sәnәd yoxlayırdılar... Mәn
ingilisәm... Freddi ingilis pasportuyla yaşayır...
– İngilis pasportuyla...
– Hә dә... Freddinin ailәsi әslәn Mavriki adasından idi... Elә
sәnin dә vәziyyәtin bizimkindәn çox yaxşı deyildi... Bizә verilmiş
Dominikan pasportları da canımızı qurtara bilmәzdi... Yadına
sal... Dostun Rubiroza özü...
Mәn sözün sonunu eşitmәdim. Mәnә elә gәldi ki, onun sәsi
batdı.
Likördan bir qurtum aldı vә elә hәmin dәqiqә bara dörd nәfәr
girdi, daimi müştәrilәrdi, hamısı qabaqlar çapar olmuşdu. Tanıdım
onları – söhbәtlәrinә tez-tez qulaq asırdım. Biri hәmişәki kimi,
köhnә çapar şalvarında vә kirli zamşa gödәkcәdә idi. Onlar
әllәrini Vildmerin çiyninә vurdular. Hamısı eyni zamanda, bir
ağızdan danışır, eyni anda gülüşürdülәr vә ümumiyyәtlә, yaman
sәsli-küylü idilәr. Vildmer onları mәnә tәqdim etmәdi.
Onlar ucadan danışmaqlarını kәsmәyәrәk piştaxtaya yaxın
әylәşdilәr.
– Pedro... – Vildmer mәnә tәrәf әyildi. Sifәti lap yaxınımdaydı.
Dodaqları әsirdi, elә bil bu sözlәri dilinә gәtirmәk üçün әzab
çәkirdi. – Pedro... Siz sәrhәdi keçәndә Denizә nә oldu?
– Bilmirәm, – dedim.
O, diqqәtlә mәnә baxdı. Yәqin, yüngülcә sәrxoş idi.
– Pedro... Mәn axı gedәndә sәnә xәbәrdarlıq etmişdim ki, o
tipdәn özünüzü gözlәmәlisiniz...
   127   128   129   130   131   132   133   134   135   136   137