Page 133 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 133
Qaranlûq dökanlar kö÷ÿsi 133
– Hansı tipdәn?
– Sizi İsveçrә sәrhәdindәn keçirmәyi tәklif edәn tipә... sutenyora
oxşayan rusa... – O qaraldı. Likördan bir qurtum aldı. – Yadına
sal... Mәn axı deyirdim ki, heç ikincisinә dә inanmaq olmaz...
Xizәk müәlliminә...
– Hansı xizәk müәlliminә?
– Sizin bәlәdçiniz olmalıydı... Özün ki, yaxşı bilirsәn... Bob...
necәydi adı?.. Bob Besson... Niyә getdiniz?.. Axı kәnd evindә
bizimlә birgә yaşayanda sizin üçün yaxşı idi...
Nә deyim ona? Başımı tәrpәtdim. Qәdәhi başına çәkdi.
– Onun adı Bob Besson idi? – bir dә maraqlandım.
– Hә. Bob Besson...
– Bәs rusun?
Qaşlarını çatdı:
– Yadımda deyil...
Artıq diqqәti dağılmışdı. Mәnimlә keçmişdәn danışmaq üçün
bütün gücünü cәmlәmişdi deyә, tamam әldәn düşdü. Gücdәn
düşmüş üzgüçü dә eynәn belә edir: başını sonuncu dәfә sudan
çıxarıb yavaş-yavaş batmağa başlayır. Amma bütün bunları yada
salmasında mәnim elә bir kömәyim dә olmadı.
O, ayağa qalxıb dostlarına qarışdı. Yenidәn özünün daimi
adәtlәrinә qayıdırdı. Mәn bu gün nahardan sonra Vensenndә baş
tutmuş cıdır yarışları barәdә necә ucadan danışdığını eşidirdim.
Çapar şalvarı geyәn dostu hamını qonaq edirdi. Vildmerin sәsi
yenә bayaqkı kimi çıxmağa başlamışdı, elә qızışmışdı ki, ağzındakı
siqareti dә yandırmağı unutmuşdu. Dodaqlarından sallayıb, elә
hey danışırdı. İndi düz qarşısında dursam da mәni tanıyası deyildi.
Çıxanda onunla sağollaşıb, әl elәdim, cavab vermәdi. Söhbәtinә
yaman aludә idi.